/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Milli uşaq mahnılarımız niyə yoxdur?

Şriftin ölçüsü:  11px13px15px17px

Milli uşaq mahnıları gənc nəslin mədəni-mənəvi və əxlaqi cəhətdən formalaşmasında vacib rol oynayır. Amma təəssüf ki, bu gün illər əvvəl bəstəkarlarımızın yazdığı uşaq nəğmələri kimi yaddaşlarda yaşaya biləcək mahnılar nota alınmır. Uşaqlarımız da ya xarici, ya da böyüklərin dinlədiyi mahnılara qulaq asmağa məcbur olurlar. Bu sahədə yaranan boşluq isə gələcək nəsli mənəvi uçuruma aparacaq ən böyük səbəblərdən birinə çevrilir.
Narınc adlı bu balaca qız yaşına uyğun olmayan mahnını böyük həvəs və maraqla oxuyur. Təssüflər olsun ki, təkcə Narınc yox, onun digər həmyaşıdlarına deyəndə ki, bir uşaq mahnısı ifa et, eştiklərimiz heç də ürəkaçan olmadı.
Bəli, bu günün uşaqlarının nə bir vaxtlar az qala hər birimizin əzbər oxuduğu, insanı sirli-sehirli aləmə aparan “Təzə il”, “Kukla”, “Günəş olaram mən də”, “Cücələrim”, “Sərçə” və digər mahnılarımızdan xəbəri var, nə də yeni mahnılar bilirlər. Uşaq mahnıları sahəsindəki bu boşluq nəticəsində də övladlarımızın həm beyni, həm də zövqü yad təsirlərlə işğal olunur. Valideyinlər isə günahı bəstəkarlarda axtarır.
Uzun illərdidir balacalarımız üçün mahnılar bəstələyən Məryəm xanım deyir ki, uşaq üçün mahnılar yazmaq heç də asan deyil. Bu iş məsuliyyət tələb edir. Gərək bəstəkar uşaqların psixologiyasına yaxşı bələd olsun ki, azyaşlılar üçün maraqlı və yadda qalan nəğmlər bəstələsin. Amma tək problem bu deyil.
Bəstəkarlarımız maddi maraq olmadığı üçün uşaq mahnıları yazmırlar. Oqtay Zülfüqarov, Əfsər Cavanşirov, Ağabacı Rzayeva, Qəmbər Hüseyinli və digər bir çox bəstəkarlarımızın bəstələdiyi əvvəlki mahnılar isə uşaqlarımıza öyrədilmir.
Nəticədə də yenə zərər çəkən övladlarımız olur. Unutmayaq ki, təkcə uşaqlarımıza yemək və geyim verməklə işimiz bitmir, onların həm də ruhunun qidalandırmaq vacibdir. Bunun isə əsas yolu mahnılardan keçir.
Vasif Acalov

13:00 / 25.11.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 399
Bu ay: 333753
Ümumi: 12512140
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın