/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Markes dünyasını dəyişdi

Şriftin ölçüsü:  11px13px15px17px

«100 il tənhalıqda», «Patriarxın payızı», «Polkovnikə heç kim yazmır» və daha neçə - neçə gözəl əsərlər… Bu əsərlərin müəllifi Qabriel Qarsiya Markes artıq həyatda yoxdur. Amma dünya ədəbiyyatına daxil olmuş bu şedevrlər oxucuların yaddaşından heç vaxt silinməyəcək. Təqdimata belə ehtiyacı olmayan kolumbiyalı yazıçı Qabriel Qarsia Markes bu gecə 87 yaşında dünyasını dəyişib.
Məlumatı Latın Amerikasının kütləvi informasiya vasitələri yayıb. Onun Mexikoda yerləşən evində dünyasını dəyişdiyi bildirilir. Yazıçının ölümü ilə bağlı Kolumbiya prezidenti Manuel Santos ölkədə 3 günlük matəm elan edib. Qeyd edək ki, Markes bir müddət bundan əvvəl səhhətində yaranmış problemlə əlaqədar mexikoda yerləşən xəstəxanalardan birinə yerləşdirilmişdi. Yazıçıya pnevmaniya diaqnozu qoyulmuşdu. Meksika mənbələrindən birinin məlumatına görə isə yazıçı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Sonuncu dəfə markes ictimaiyyət qarşısına bu ilin mart ayında çıxıb. Ad gününü qeyd edən yazıçı evinin qarşısında onu təbrik etmək üçün toplaşan jurnalist və pərəstişkarları ilə görüşüb. 1982 - ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı, jurnalist, naşir və siyasi xadim kimi tanınan Markes, «100 il Tənhalıqda», «Patriarxın payızı» və «Polkovnikə heç kim yazmır» kimi əsərləri ilə dünya şöhrəti qazanıb. Yazıçı ilə vida mərasimi aprelin 21 – də, Meksika paytaxtında yerləşən bədii incəsənət sarayında keçiriləcək. Məlumatı Meksikanın İncəsənət və Mədəniyyət üzrə Milli Şurasının sədri Rafael Tovar verib.

13:00 / 18.04.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 2072
Bu ay: 308750
Ümumi: 13798366
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın