/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Azərbaycan Dövlət Musiqili Teatrı tamaşaçılarını qarşılamağa hazırlaşır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbayanda teatr günü kimi qeyd olunan 10 mart tarixini Azərbaycan Dövlət Musiqili Teatrı xüsusi qeyd edəcək. Yeni təmirdən qayıdan teatr, görünüşü və zəngin repertuarı ilə təxminən 2 saat sonra tamaşaçılarını qarşılayacaq. Açılış ərəfəsində musiqili komediya teatrında hazırlıq məşqləri keçirilir. «Bu bizik – müsiqili teatr» adlı 2 hissəli konsert proqramında hər tamaşadan bir parça nümayiş etdiriləcək.
Afaq Bəşirqızı, İlham Namiq Kamal, Ramiz Məmmədov, Boris Qrafkin kimi məşhur aktyorlar fərqli və yeni obrazlarla tamaşaçıların qarşısına çıxacaq. Açılışın məşqləri isə xüsusi dəvət ilə çağırılan Xalq artisti, quruluşçu rejissor İranə Tağızadəyə həvalə olunub.
Musiqili teatrda «O olmasın bu olsun», «Arşın mal alan» və «Silva» tamaşasında 3 rolu canlandıracaq aktrisa Nərgiz Kərimova da burdadır. O hazırda qrim otağında çıxışının məşqi üçün hazırlaşır. Biz isə onun təəssüratlarını öyrənəcəyik. Burlesk janrında hazırlanan məzhəkəli, musiqili tamaşalar teatrın vizit kartı kimi təqdim olunacaq. Qeyd edək ki, əsaslı təmirdən sonra musiqili teatr müasir layihə və texnologiyalar əsasında yenilənib. Teartdakı səsyazma studiyası, qrim otaqları, tikiş sexi, kiçik tamaşa zalı da yeni görkəmə salınıb.
460 yerlik zal müasir avadınlıqla təchiz olunub. Oturacaq və mebellər yeniləri ilə əvəzlənib. 360 dərəcə fırlanan səhnədə müasir işıq effekiləri qurulub. Dövlət Musiqili Teatrında əmin edirlər ki, martın 10-da, açılışdan sonra izləyicilərə tam fərqli formatda, rəngarəng repertuar təqdim olunacaq. Türkan Mahmudova

17:00 / 10.03.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 1163
Bu ay: 273674
Ümumi: 10803265
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın