/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Müslüm Moqamayevi itirməyimizdən 5 il ötür

Şriftin ölçüsü:  11px13px15px17px

Düz 5 il əvvəl oktyabrın 25-də Azrəbaycan xalqı dünyaşöhrətli dahi sənətkarı Müslüm Maqomayevi itirdi. Bu gün dahi sənətkarın anım günüdür. Ecazkar səsilə bütün dünyada şöhrət qazanan opera və mahnı ifaçısı Müslüm Maqomayev 1942-ci ilin avqustun 17 də Bakıda doğulub. Uşaqlıq və gənclik illlərində Bakıda yaşasa da Maqomayevin sonrakı həyatı Moskvada keçib. Buna baxmayaraq azərbaycanlı olması ilə fəxr edən maqomayevin qəlbi vətənilə döyünüb. Odur ki, sənətkar hər zaman «Azərbaycan mənim atam Rusiya isə anamdır. Mən həyatımı azərbaycansız təsəvvür edə bilmirəm» deyirdi. Müğənni ilk dəfə dənizçilər klubunda çıxış edib. 1966-cı ildə Moskvada keçirilən Azərbaycan günlərində çıxışından sonra bu möcüzəli səsin sahibi diqqətdən kənar qalmır və məşhurlaşmağa başlayır. İlk konsertini isə 24 yaşında Parisin Olimpiya Konsert Salonunda verir. 1968-ci ildə dövlət konsorvatoriyasını bitirib. Bununla da gənc Müslüm bütün həyatının bir hissəsi olan musiqiyə əbədi bağlanır.
İstedadı ilə bütün SSRİ-də məşhurlşan Maqomayev 1975-cii ildə Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin rəhbəri təyin edilir və Fransa, Bolqarıstan, Polşa, Kanada Finlandiya kimi ölkələrdə konsertlər verir. Bundan sonrakı həyatını yalnız estrada ilə bağlayan müğənni qeyri adi məşhurluq qazanır. SSRİ Xalq artisti, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilir.
Repertuarında 600-dən çox musiqi əsəri olan Moqamayev, özünü aktryor kimi də sınayıb. O, «Nizami», «Oxuyur Müslüm Moqamayev» «Moskva notlarında» filmlərində çəkilib. Həmçinin 20-dən artıq filmə musiqi yazıb. Dünya şöhrətli müğənni, bəstəkar Müslüm Moqamayev uzun sürən xəstəlikdən sonra 2008-ci il oktyabrın 25-də Moskvada dünyasını dəyişib. Müğənni vətəni Bakıda birinci fəxri xiyabanda dəfn olunub.

09:00 / 25.10.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 8977
Bu ay: 158718
Ümumi: 14293079
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın