/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Milli kinomuzun yarandığı gündür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün milli kinomuzun yarandığı gündür. 115 yaşlı Azərbaycan kinosu bu günə qədər müxtəlif inkşaf mərhələləri keçib. Kino özündə mədəniyyətin bir neçə sahəsini birləşdirən, yeganə sənət nümunəsidir. Dünya konomotoqrafiyasında öz xüsusi dəsti xətti olan Azərbaycan kinosunun tarixi, ötən əsrin əvvəllərindən başlayır. 1898-ci ildə Aleksandr Mişonun «Bibiheybətdə neft fontanı», «Qafqaz rəqsi» kimi xronika sujetləri ilk bədii kinosujetlər hesab olunur.
1915-ci ildə çəkilən, «Neft və milyonlar səltənəti» filmiiylə Azərbaycan kinosunun əsası qoyuldu. Bir il sonra «Arşın mal alan» operettası əsasında ilk eyniadlı kinokomediya çəkildi. Bundan sonra, müxtəlif illərdə bir-birindən gözəl ekran əsərləri meydana gəldi. 1940-50 ci illərdə milli kinomuzda, fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin həyatı öz əksini tapırdı. «Bakının işıqları», «Qızmar günəş altında», « Ögey ana», və s. Onlarla filmlər bu məzmunda çəkildi. Növbəti onilliklərdə isə, artıq rəngli filmlər çəkilməyə başlandı. «O olmasın, bu olsun», «Romeo mənim qonşumdur», «Əhməd haradadır?», « Ulduz», «Gün keçdi», «Uşaqlığın son gecəsi» «Bizim Cəbiş müəllim» kimi biri-birindən gözəl kino inciləri yarandı. Bu filmlərin ərsəyə gəlməsində tanınmış kinorejissorların, kinooperatorların, aktyorların gərgin əməyi təqdirəlayiqdir. Azərbaycan kinoları mövzu baxımındanda rəngarəng idi. Təkcə kionlar real həyatı əks etdirmirdi. Həmdə gənc nəsilin formalaşmasında mayak rolunu oynayırdı. «Sehri xalat», «bir qalanın sirri» kimi uşaq filmələri bu qəbildəndir. «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Qatır məmməd» kimi tarixi filmlər, «Dədə Qorqud» «Babək», «Koroğlu» və s. Bu kimi qəhrəmanlıq tariximizə həsr olunmuş kinolar, bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılır. Bu filmlər hələ Sovetlər dönəmində dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib, saysız-hesabsız mükafatlarra laiyq görülüblər. 115 yaşlı tarixi vərəqləyəndə gözlərimiz önündən bu filmlərin yüzlərlə yaradıcısı, gizli məqamları keçir. Tamaşaçıları maraqlandıran bu cür məqamlar sırasında, aktyorların kinolarda vaxtilə etdikləri improvizələri də var.
İstər milli, istərsə də əcnəbi filmlərin nümayişi üçün ölkəmizdə kifayət qədər samballı, kinoteatrlar var. Bunlardan da, biri hazırda önündə dayandığımız nizami kino mərkəzidir. Bir vaxtlar olduğu kimi, elə bu gün də kinoteatrda, yerli filmlər nümayolunur. Azərbaycan kinoları bütün dövrlərdə, yüksək ideya, vətandaşlıq motivləri, gözəl aktyor oyunu sair digər özəlliklərinə görə dünya kinomotoqrafiyasında seçilib. Son illər dövlət tərəfindən kinomuzun inkşafına göstərilən qayğının bariz nümunəsidir ki, hər il yeni filmlər çəkilir.
Adil Rasimoğlu

13:00 / 02.08.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 35
Bu gün: 262
Bu ay: 267690
Ümumi: 13091988
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın