/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Musiqi festivalı uğurla davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Beşinci Qəbələ Musiqi Festivalı uğurla davam edir. Festivalın ötən günü keçirilən kamera musiqisi axşamı görkəmli rus bəstəkarı Sergey Raxmaninovun xatirəsinə ithaf olunub. Kamera musiqisi zalında baş tutan konsertdə ifaçılar azərbaycanlı musiqiçilər, müxtəlif beynəlxalq müsabiqələrin laureatlari idi. Pianoçular Elnarə Kəbirlinskaya, Səidə Tağizadə, Əməkdar artist Aleksey Miltix , opera müğənnisi, Əməkdar artist Gülnaz Ismayilova tamaşaçilara Raxmaninovun əsərlərini təqdim etdilər. Taninmiş rusiyali pianoçu Oksana Yablonskayanin ifasi da tamaşaçilara unudulmaz anlar bəxş etdi.
Axşam konsertində isə türk pianoçusu idil biret öz ifasi ilə tamaşaçilarin qəlbinə yol tapdi. Pianoçunu məşhur fransali musiqiçi Jean Bernard Pomyierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestri müşayiət edirdi. Konsertdə Avropa bəstəkarlarinin klassik əsərlərindən parçalar səsləndirildi. Qeyd edək ki, Paris Konservatoriyasinda təhsil almiş Idil Biret 16 yaşindan Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsertlər verib. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən idil biret, klassik, caz və yeni əsr musiqilərinin çox maraqli kolleksiyasini tamaşaçilara təqdim edə bilir. Bu gün isə, həm kamera musiqisi zalinda, həm də açiq səhnədə Yerusəlim Simfonik Orkestrnin konserti olacaq.
Əli Səmədov

13:00 / 30.07.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 5970
Bu ay: 134592
Ümumi: 14268953
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın