/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

V Qəbələ beynəlxalq musiqi festivalı başlayır

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün V Qəbələ beynəlxalq musiqi festivalı başlayır. 2009-cu ildən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival qısa zamanda dünya incəsənət aləminə səs sala bilib. Həmişəki kimi festivalda məşhur musiqiçi Yuri Başmetin rəhbərlik etdiyi «Yeni Rusiya» simfonik orkestri əsas çıxışçılardan olacaq. Bundan başqa, yerusəlim simfonik orkestri və Kuba caz qrupu da festivala rəngarənglik qatacaq. Ümumiyyətlə, musiqi bayramında Rusiya, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan olan dünya şöhrətli dirijor və musiqiçilər iştirak edəcəklər. Əcnəbi ifaçılarla yanaşı, festivalda Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri çıxış edəcək. Ənənəyə sadiq qalaraq muğam, vokal, fortopiano və kamera musiqisi gecələri nəzərdə tutulub. Bu il, həmçinin, dahi bəstəkar Cuzeppe Verdinin 200 illik yubileyi iki konsert proqramı ilə qeyd olunacaq. İlk dəfə Bülbül adına müsabiqənin qalibləri festival səhnəsində çıxış edəcəklər. Beşinci Qəbələ musiqi festivalı avqustun 6-da başa çatacaq.

13:00 / 24.07.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 1902
Bu ay: 151643
Ümumi: 14286004
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın