/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Muğam festivalı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzi və Caz Mərkəzində konsertlər keçirilib. Beynəlxalq Muğam Mərkəzində musiqisevərlər qarşısına İraqın «İraqi maqam» qrupu çıxaraq tamaşaçıları özünəməxsus şəkildə salamladı. Musiqiçilərin mahir ifası tamaşaçıları İraq mədəniyyətinə bir daha yaxınlaşdırdı. Qrupun üzvləri də bu cür festivalların əhəmiyyətini xüsusi qeyd edir. İraqlı musiqiçilərlə yanaşı səhnəni Çindən gələn ifaçılar da bölüşdü. «Gözəl qızlar» adlı qrupun üzvləri səhnədə olduqları kimi pərdə arxanısda odlu alovu idilər. Muğam festivalı çərçivəsində daha bir tədbir isə Bakı Caz Mərkəzində keçirildi. Bu dəfə musiqisevərlərə etno caz layihəsi təqdim edildi. Burda musiqiçilər tamaşaçıları Fikrət Əmirovun «Lay-lay» əsəri ilə salamladı. Layihə milli köklərə söykənib. Kompozisiyalarda milli musiqi alətləri fəal iştirak edir. Tədbirin ən yaddaqalan məqamlarından biri isə ifaçı Rafael Əliyevin kamançada soy kökümüz muğama müraciət etməsi oldu.
Murad Salmanov

09:00 / 12.03.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 22815
Bu ay: 128087
Ümumi: 14262448
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın