
«Muğam aləmi» üçüncü beynəlxalq muğam festivalının növbəti tədbirinə Ağcabədidə Üzeyir Hacıbəylinin adını daşıyan Qarabağ Muğam Mərkəzi ev sahibliyi edib. Mədəniyyət və Turizm Nazirliyinin Xalq Çalğı Alətləri Orkestirinini müşayəti ilə respublikanın tanınmış və gənc muğam ifaçıları musiqi konsertilə çıxış ediblər. Bölgələri də əhatə edən festival Üzeyir Hacıbəylinin həmvətənlilərinin ürəyincə olub. İncəsənət işçiləri isə son zamanlar muğama göstərilən diqqətdən mənmun qaldıqlarını dilə gətiriblər. Tədbir muğam ifaçılarının Qarabağ şikəstəsi ilə başa çatıb.
09:00 / 12.03.2013