/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Gürcü xalq musiqisini yaşadanlar

Şriftin ölçüsü:  11px13px15px17px

Gürcü xalq mahnılarının yaşadılmasında müstəsna xidmətləri olan bir qrup var - «Kvintet urmuli». Gürcüstan paytaxtı Tbilisinin düz mərkəzində meydan adlandırılan ərazidəyik. Bura əsasən həmyerlilərimizin kompakt yaşadığı məhəllələrdəndir. Tbilisi sakinləri və şəhərin qonaqları həftə sonunu əsasən məhz bu ərazidəki istirahət mərkəzlərində keçirirlər. Bu məkanlardan birində isə hazırda Azərbaycan musiqisinin sədları eşidilir. 1991-ci ildən fəaliyyət göstərən qrupun repertuarı olduqca zəngin və rəngarəngdir. Əsasən xalq və bəstəkar mahnılarını ifa edirlər. Azərbaycan musiqisinə müraciət etmələrini isə belə izah edirlər. Qrup üzvü deyir ki, hər hansı bir xalq mahnısını çoxsəsli xor – kvintet şəklində harmonizə etmək heç də asan məsələ deyil. Qrupun üzvləri səs yazarkən, hətta orta əsrlərdə istifadə olunan musiqi alətlərindən belə istifadə edirlər. Salamuri, Fanduri, Duduki, Çonquri - musiqiçilərin ifa etdiyi 30-dan çox musiqi alətindən yalnız bir neçəsidir. Gürcü xalq yaradıcılığı nümunələrini nəsildən-nəsilə ötürmək üçün səylə çalışan qrup üzvləri dünyanın bir sıra ölkələrində böyük kosert proqramları ilə çıxış ediblər. Amma Bakı tamaşaçısı qarşısına çıxmaq hələ onlara hələ nəsib olmayıb. İndi ən böyük arzuları məhz Azərbaycana gəlməkdir. Həm ifalarını təqdim etmək, həm də özləri üçün Azərbaycan mahnılarından ibarət yeni repertuar yaratmaq üçün.
Elnur Niftəliyev

13:00 / 09.03.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 22983
Bu ay: 128255
Ümumi: 14262616
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın