/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Oskar»-a namizəd xarici filmlərin adları açıqlanıb

Şriftin ölçüsü:  11px13px15px17px

«Oskar» mükafatına namizəd xarici filmlərin adları açıqlanıb. Müxtəlif nominasiyalar üzrə 5 film qalib adı uğrunda mübarizə aparacaq. İngilis dilində olmayan filmlər arasında qələbəyə əsas nəmizədlərdən biri Kanada istehsalı olan «Müharibə sehrbazı»- dır. Kim Nquyen tərəfindən çəkilən film, Afrika ölkələrindən birində gedən müharibədən bəhs edir . Filmdə kəndlilərdən birinin 12 faşlı qızı qaçırılır və döyüşlərdə istifadə olunur . Bu kateqoriya üzrə digər bir film isə Danimarka kinomatoqrafçılarının ərsəyə gətirdyi «Kral işi»-dir. Rejissoru Nikolay Arselin olan film, Danimarka kraliçası ilə alman həkim arasında olan sevgi münasibətlərindən bəhs edir . Bu kateqoriya üzrə oskara digər namizədlər arasında Çilidə çəkilən «Yox», Norveç istehsalı olan «Kon tiki» və Avstriya kinomatoqrafçılarının «Amur» adlı filmlərdir. İlin ən yaxşı animasiya filmləri arasında isə «Cəsur» filminin adı hallanır. Cizgi filmində sevmədiyi qızla evlənməyə məcbur edilən şahzadənin həyatından öəhs edir. Qləbəyə əsas iddialılardan biri də «Frankenveni» animasiya filmidir . Bu cizgi film qəza nəticəsində itini itirən uşağın başına gələnlərdən danışır. İtinin ölümünə üzülən uşağın yanında gözlənilmədən robot it peyda olur . Bu nominasiya üzrə mükafata əsas namizəd isə «Piratlar – uğursuzlar sürüsü» adlı animasiya filmidir. Bu cizgi filmi əsasən komediya janrında çəkilib. Hadisələr başdan sona kimi okeanda cərəyan edir. Qeyd edək ki, ən yaxşı animasiya filmləri kateqoriyasında qalib adı uğrunda « Paranorman» və «Əz onu, Ralf!» adlı filmlər da yer alıb. Bundan əlavə «Oskar» mükafatına namizəd olan sənədli və qısa metrajlı filmlərin də adları açıqlanıb. Bütün nominasiyalar üzrə mükafatların yekun təqdimetmə mərasimi ayın 24 –də keçiriləcək .

19:00 / 20.02.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 39
Bu gün: 219
Bu ay: 267647
Ümumi: 13091945
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın