/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Məşhur musiqiçi Cahangir Qarayevin xatirə gecəsi keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Caz Kulubda görkəmli musiqiçi caz ifaçısı Cahangir Qarayevin xatirəsinə həsr olunmuş gecə keçirilib. Dövlət və hökümət rəsmiləri, ictimai xadimlər, musiqiçinin dostları, hamı bura Cahangir Qarayevin xatirəsini yad etməyə toplaşmışdı. Tədbirin əvvəlində məşhur musiqiçi Cahangir Qarayevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət slayd nümayiş olundu. Bildirldi ki, Cahangir Qarayev 1950-ci ildə anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini Azərbaycan Dövlət Konservatoriyasının fortopiano fakultəsini sonra isə aspiranturanı bitirib. Bir müddət konservatoriyada xüsusi fortepiano sinfində dərs deyib. Aydın düşüncəsi işlək barmaqları incə qəlbi ilə hər kəsi heyrətləndirib. Qısa bir vaxtda fərqli və mükəmməl ifası ilə şöhrət tapıb. Müxtəlif festivallarda ölkəmizi layiqincə təmsil edib. O hər kəsin qəlbində virtuoz musiqiçi , öz dəstixətti olan cazmen, bəstəkar və ən əsası qayğıkeş insan kimi qalıb. Məşhur musiqiçinin xatirəsinə həsr olunmuş gecədə incəsənət nümayndələrinin çıxışları tədbiri daha da yadda qalan etdi. O, musiqiçi olmaqla yanaşı insan kimi də əvəzsiz idi. Ayrı cür ola da bilməzdi. Cahangir Qarayev dünyasını dəyişsə də musiqisevərlərin qəlbində həmişə özünəməxsus yeri olacaq. Çünki o əsl pianoçu musiqiçi pedaqoq idi.
Murad Salmanov

09:00 / 12.02.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 9282
Bu ay: 260745
Ümumi: 14395106
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın