/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Azərbaycanın ilk kənd uşaq musiqi məktəbi

Şriftin ölçüsü:  11px13px15px17px

Ağdamda fəaliyyət göstərən Qaradağlı kənd uşaq musiqi məktəbi Sovet Azərbaycanında ilk kənd uşaq musiqi məktəbi sayılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu məktəbin də fəaliyyətinə təsir göstərib. Bir müddət hərbçilərin ixtiyarında olan təhsil ocağı yenidən fəaliyyətini bərpa edib. Qaradağlı uşaq musiqi məktəbinin yaranması zərurəti ötən əsrin 60-cı illərində meydana gəlib. İstedadlı uşaqların gələcəyinə biganə qalmayan ziyalılar paytaxta yollanaraq, musiqi məktəbinin açılmasına razılıq alıblar. Məktəbin fəaliyyətə başlaması neçə-neçə uşaq üçün incəsənət aləminə pəncərə olub. Onun yetirmələrinin sədası dünyanın bir çox yerindən gəlir. İlk dəfə qarmon və tar ixtisası üzrə 7-8 uşaqla dərslərə başlayan məktəbdə indi 200-dən çox şagird təhsil alır. Tikildiyi dövrdə təlabata uyğun olsa da, genişlənən imkanlar daha geniş məktəb binasına ehtiyac yaradır. Məktəbin şagirdləri Azərbaycanı bütün dünyada təmsil etmək istəyirlər.
Habil Aslanoğlu

16:00 / 29.11.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 1718
Bu ay: 151459
Ümumi: 14285820
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın