/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

2 avqust - Kino işçilərinin peşə bayramıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Kino işçilərinin peşə bayramıdır. Azərbaycan kinosu 114 yaşını qeyd edir. Milli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla avqustun 2-si Azərbaycanda milli kino günü kimi qeyd olunur. Başlanğıcını 1898-ci ildən götürən Milli Kinomuz tarixi ərzində bir çox mərhələlərdən keçib. Avqustun 2-də nümayiş olunan, Anton Mişonun çəkdiyi «Balaxanıda neft fontanı» filminin kadrları milli kinomuzun ilk nümunəsidir. 1915-ci ildə İbrahim Musabəyovun «Neft və milyonlar səltənətində» əsəri əsasında çəkilən eyniadlı film isə ilk Azərbaycan bədii filmi kimi tarixə düşdü. 1916-cı ildə Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettası əsasında ilk Azərbaycan komediyası çəkildi. Bu, milli kinomuzun Üzeyir bəy yaradıcılığına ilk müraciəti idi. 1945-ci ildə yenidən ekranlaşdırılan «Arşın mal alan» isə SSRİ dövlət mükafatına layiq görülən ilk filmimiz oldu. Hətta sovet imperiyasının ən qəddar vaxtlarında belə Azərbaycan kinosu xalqın azadlıq ruhunu ölməyə qoymadı. 1993-cü ildən formağlaşmağa başlayan müstəqil Azərbaycan kinosunun ən mühüm uğurlarından biri isə «Kino haqqında qanun»un qəbulu oldu. Azərbaycan MDB ölkələri arasında Rusiyadan sonra belə qanunun qəbul olunduğu ikinci ölkə idi. Prezident İlham Əliyevin 2007-ci ildə Azərbaycan kino sənətinin infişaf etdirilməsinə dair imzaladığı sərəncam milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. Son illər kino çəkilişlərinə dövlət vəsaitinin artırılması, dövlət sifarişi ilə çəkilən filmlərin sayının artması, milli kinomuzun inkişafında yeni bir mərhələnin başlanğıcının əsasını qoydu. Mütəxəssislər əmindirlər ki, yaxın vaxtlarda Azərbaycan kinosu əvvəlki şöhrətini özünə qaytara biləcək.

13:00 / 02.08.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 317
Bu ay: 371416
Ümumi: 12549803
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın