/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«İpək yolu» festivalı yeni məkanda işini davam etdirib

Şriftin ölçüsü:  11px13px15px17px

«İpək yolu» 3-cü beynalxalq musiqi festivalının 4-cü günü də maraqlı incəsənət nümunələrinin təqdimatı ilə yadda qalıb. Festival işitrakçıları Xan Sarayı ilə yanaşı, ilk dəfə qədim Şəki şəhərinin daha bir tarixi məkanında, «Aşağı Karavansarayda» yaradılan möhtəşəm səhnədə çıxış ediblər. Dünya xalqlarının musiqi mədəniyyətini bir-birinə tanıtmaq məqsədi daşıyan festivalda Azərbaycan musiqisinin öz yeri var. Bunu festival çərçivəsində Azərbaycan Televiziyası və Radiosunun xoru bir daha sübut etdi. Şərq və Avropa musiqi incilərinin virtuoz ifası ilə yanaşı, kollektiv öz xalq mahnılarımızı müasir təqdimatda nümayiş etdirdi. Festivalda iştirak edən dövlətlərin nümayəndələri qədim ipək yolu marşrutu kimi, Şərqdən Qərbə doğru növbə ilə səhnəyə çıxdılar. Cənubi Koreya, Türkiyədən sonra, Xan Sarayı qarşısında çıxış etmək İran istrumental folklor qrupu - «Acəmlər»-in növbəsi idi. İran musiqiçiləri səfəvi dövrünə aid edilən qədim notlar üzərində çalışaraq , tamaşaçıları 14-cü əsrin bəstərkarlıq xüsusiyyətləri ilə tanış etdilər . Ansamblın rəhbəri Araş Mohafez 2011-ci ildə Bakıda keçirilən muğam simpoziumunun da iştirakçısı olub. Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə isə son günlər Şəkinin sehirli musiqi aləminə düşdüyünü söylədi. Festival ana xəttinə sadiq qalaraq hər gün proqramını açıq havada, bir tarixi abidənin qarşısında keçirir. 4-cü gün konsert proqramının davamı «Aşağı Karavansarayda» oldu. Bərpadan yeni çıxan karavnsaray uzun illərin sükutundan sonra bir daha ipək yolu xalqlarının nümayəndələrini qəbul etdi. Festivalda çıxış edən növbəti qrup, «İpək yolu»-nun üstündə yerləşən qonşu Gürcüstanın musiqiçiləri idi. Məşhur «Erisioni» akademik folklor mahnı və rəqs ansamblı gecə saatlarınadək rəngərəng konsrt proqramı ilə çıxış etdi. Festivalın keçirilməsinin təşəbbüskarlarından olan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bu musiqi bayramının ildən-ilə daha möhtəşəm alındığını vurğuladı. Bu gün festival başa çatır. Amma Şəkidə daha möhtəşəm bir tədbir başlayır. Şəki Xan Sarayının 250 illik yubileyi qeyd olunur.
Əli Səmədov

13:00 / 04.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 23531
Bu ay: 432947
Ümumi: 13922563
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın