/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«İpək yolu» üçüncü beynəlxalq musiqi festivalı keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

İyunun 30-dan Şəkidə start götürən «İpək yolu» üçüncü beynəlxalq musiqi festivalı uğurla davam edir. Festivalın növbəti günü XIX əsrə aid tarixi memarlıq abidəsi - «Yuxarı Karavansaray» mexmanxana kompleksinin həyətində keçirilib. Bu dəfə də iştirakçılar qədim «İpək yolu» xaqlarının mədəniyyət inciləri ilə tanış olublar. Festivalın üçüncü günü maraqlı musiqi təqdimatı ilə yadda qaldı. Türkiyənin «Əl-Kindi» ansamblı ecazkar Şərq musiqisi üzərində qədim sufi kəlamlarını - taksimləri təqdim etdi. Osmanlı dövrünü canlandıran «Sultan Bəyazid» əsərində həm də qədim Azərbaycan musiqisinin notları vardı. Ansamblın bədii rəhbəri, əslən fransız olan Julyen Bernard Cəlaləddin Vayss ömrünü sehir dolu Şərq musiqisinə və onun alətlərinə həsr edib. O, həm də Fransa prezidentinin mədəniyyət məsələləri üzrə müşaviridir. 1983-cü ildə yaratdığı «Əl-Kindi» ansamblı dünyanın ən möhtəşəm səhnələrində çıxış edib. Azərbaycan musiqisinə, muğamına vurğun olduğunu deyən Julyen birgə yeni əsərlər yaratmaq niyyətindədir. Festival axşamını rəngarəng edən növbəti çıxışı Şəki ilə qardaşlaşmış Giresun şəhər bələdiyyəsinin rəqs qrupu etdi. Giresun konservatoriyasının kollektivi də bir-birindən maraqlı folklor və rəqs nümunələri ilə tamaşaçıları təəccübləndirə bildi. 12 ildir dünyanın müxtəlif ölkələrində çıxış edən rəqs qrupunun 140-a yaxın üzvü var. Festivalın bu günü isə Gürcüstanın «Erisioni» və İranın «Acəmlər» folklor qruplarının çıxışı olacaq. Festival çərçivəsində Azərbaycan bəstəkarlarının iki yeni əsərinin təqdimatı da nəzərdə tutulub.
Əli Səmədov

13:00 / 03.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 35
Bu gün: 13037
Bu ay: 264233
Ümumi: 13753849
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın