/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Fransada azərbaycanlı pianoçunun şərəfinə müsabiqə keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Fransanın Qayar şəhərində azərbaycanlı pianoçu Ədilə Əliyevanın şərəfinə beynəlxalq piano müsabiqəsi keçirilib. Musiqi yarışmasına 60-dan çox ölkənin təmsilçisi qatılıb. Müsabiqə gərgin mübarizə şəraitində keçib.
Alp sıra dağlarına daxil olan Salev dağının ətəyində yerləşən Qayar şəhəri özünün sakitliyi ilə seçilir. Gözəl landşaftı, yaşıl təbiəti olan şəhərə turist axını həmişə çox olub. Əhalisinin sayı cəmi 11 minə yaxın olsa da, burada yüzə yaxın xalqın nümayəndələri yaşayır.
Həmyerlimiz Ədilə Əliyeva da 20 ildən çoxdur bu şəhərdə yaşayır. Fransada və İsveçrədə fortepiano dərsi deyir. 200-dən çox televiziya və radioda əsərləri lentə alınan Ədilə xanım Qayar şəhərinin ictimai həyatında özünəməxsus yer tutur. Şəhər meri xanım Rene Manya belə deyib. Qayar şəhər meriyası 1998-ci ildən başlayaraq, hər iki ildən bir Ədilə Əliyevanın şərəfinə beynəlxalq piano müsabiqəsi keçirir. Espas Lui-Simon idman-konsert kompleksində keçirilən musabiqə əhəmiyyətinə görə heç də digər beynəlxalq musiqi yarışmalarından geri qalmır.
Müsabiqədə hər il 60-dan çox ölkənin nümayəndəsi iştirak edir. Buna qədər isə yüzdən çox ölkədən müsabiqədə iştirak üçün musiqi nömrələri daxil olur. Onların arasından ən layiqliləri seçilir. Qayara gələn pianoçular iki qrupa bölünür. 21 yaşa qədər olan iştirakçılar cavan, 21 yaşdan yuxarı olanlar isə professionallara aid edilir.
Ənənəyə uyğun olaraq, yarımfinal və finaldan ibarət musabiqə 3 gün davam etdi. Pianoçular Debüssi, Bethoven, Şopen, Raxmaninov və digər görkəmli bəstəkarlardan əsərlər ifa etdilər.
Braziliyalı pianoçu Leonardo Hildsorfun ifa zamanı sözün əsl mənasında tərki-dünya olması gözəl bir mənzərə idi.
Bu il professional qrupun finalında pianoçulara Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin «Landscape» əsərini ifa etmək tapşırığı verildi. Əsər məhz bu müsabiqə üçün yazılıb.
İfalar bitdikdən sonra münsiflər heyəti çətin seçim qarşısında qaldı. Yarımfinaldan finala vəsiqə qazanan 12-si kiçik və 9-u böyük qrupdan olan ifaçılar arasından ən yaxşını seçmək elə də asan olmadı. Müzakirlər bağlı qapılar arxasında keçirildi. 40 dəqiqədən çox davam edən qızğın müzakirələrdən sonra münsiflər ümumi qərara gələ bildilər. Əslən braziliyalı olan Fransada yaşayan Leonardo Hildsorf profesionallar arasında qalib elan edildi. Bəstəkar Firəngiz Əlizadənin əsərini ən yaxşı ifasına görə isə rusiyalı piaonçu Stanislav Çiqadayev xüsusi mükafata layiq görüldü. Müsabiqənin bağlanış mərasimi Espas Lui Simon konsert-sərgi kompleksində keçirildi. Azərbaycan Prezident Administrasiyasının ictima-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Mətanət Bağıyeva müsabiqənin keçirilməsinə yaratdığı şəraitə görə Qayar şəhərinin meri xanım Rene Manyaya təşəkkür etdi. Bildirdi ki, Azərbaycan-Fransa əlaqələri mədəniyyət sahəsində də inkişaf edir və belə tədbirlərin bu inkişafa daha da təkan verir. Çıxışlardan sonra qaliblər mükafatlandırıldı və söz yenə də klassik musiqiyə verildi.

19:00 / 11.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 23978
Bu ay: 433394
Ümumi: 13923010
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın