/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Balaban ifaçılğına maraq oyatmalıyıq

Şriftin ölçüsü:  11px13px15px17px

Keçmişimizdən bu günümüzə gəlib çatan və unudulma qorxusu olan qədim musiqi alətlərimizdən biri də yastı balabandır. O balaban ki, naləsi ilə daşı ağladıb, torpağı dilə gətirir. Təəssüflər olsun ki, ölkədə cəmi bir neçə köhnə balabançı qalıb. Goranboyun Balakürd kəndində yaşayan balamançı Elxan 50 ildir bu sənətlə məşğuldur və sənəti atasından öyrənib. Cəmi üç hissədən - balaman, qamış və xərəkdən ibarət olan bu musiqi aləti bir vaxtlar çox məşhur olub. İndi tələbat olmadığından alətin hissələrini düzəldən ustalar da tükənib. Balaban ustası vaxtlar bütün Avropanı, Asiyanı gəzib. Üç böyük festivalın laureatı olub. Deyir Cənubi Azərbaycanda Balabana indi də çox böyük maraq var. Bizdə isə bu qədim musiqi alətinin gələcəyi təhlükə altındadır. Buna baxmayaraq, qəhrəmanımız tələbələr yetişdirməyə çalışır. Özü də həm balaban, həm də saz üzrə. Musiqi təhsili olmasa belə. Bu günədək onlarla saz ifaçısı yetişdirməyə nail olsa da, cəmi dörd balabançı şagirdi olub. Musiqi məktəblərində balaban şöbəsi olmadığından dərsləri yaşadığı evində keçir. Balabançının sözlərinə görə, 50-dən artıq el havaları və rəqslərimiz var ki bunların ifası yalnız balabanla mümkündür. Bir də deyir ki, düzdür musiqi sərhəd tanımır, amma sənin olanı gərək kökündən kiməsə verməyəsən. Mirvari, kalxozu, heyvagülü, mirzeyi, mənsurə, köç bayatısı, çoban bayatısı, ən əsası isə başı bəlalı sarı gəlin…

13:00 / 30.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 24019
Bu ay: 433435
Ümumi: 13923051
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın