/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Azərbaycan Avroviziya tarixində özünəməxsus iz qoydu

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan növbəti sınaqdan alnıaçıq çıxdı. Yüksək səviyyəli iş ortaya qoymaqla bir daha sübut etdi ki, istənilən layihənin öhdəsindən gəlməyə qadir olan qüdrətli dövlətdir. Dünyanın müxtiəlif ölkələrində yaşayan milyonlarla insan məhz Avroviziya mahnı müsabiqəsi vasitəsilə Azərbaycanı tanımaq, kəşf etmək imkanı qazandı. Avropanın musiqi mədəniyyətində mühüm hadisə olan Avroviziya tarixində ilk dəfə Cənubi Qafqazda keçirildi. Avroviziyanı regiona gətirən, bölgənin lider dövləti Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində cəmi 4 dəfə qatılmaqla nail oldu. Dünyanın 42 ölkəsini təmsil edən iştirakçıları, minlərlə turisti yüksək səviyyədə qonaq etməklə ev sahibliyi missiyasının öhdəsindən adına layiqli şəkildə gəlməyi bacardı. İstər Avroviziya tarixindəki ən yüksək səviyyəli və fərqli təşkilatçılığı, istərsə də qonaqpərvərliyi ilə paytaxtımızın qonaqlarını, xüsusən də, adətən bütün işlərdə tənqidi məqamlar axtarışında olan xarici media təmsilçilərini sözün əsl mənasında təəssübləndirməyi bacardı. Bütün uğurlarımızda olduğu kimi, Avroviziya da böyük əməyin, yüksək səviyyəli hazırlığın, peşəkarlardan ibarət komanda işinin nəticəsi oldu. Azərbaycan Avroviziyaya böyük məsuliyyət və diqqətlə yanaşdı. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan təşkilat komitəsinə sədrlik edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında müsabiqənin keçirilməsi ilə bağlı bütün detallar ən xırda məqamlarınadək yüksək səviyyədə hazırlandı. Nəticə isə göz qabağındadır. Azərbaycan Avroviziya tarixində ən yaddaqalan və möhtəşəm musiqi yarışmasına ev sahibliyi etdi. Cəmi 7 aya hazırlanan möhtəşəm «Baku Krystall Holl» orijinal arxitekturası, texniki imkanları ilə indiyədək Avroviziyanın keçirildiyi arenalar arasında öz layiqli yerini tutub. Öz möhtəşəmliyi, yüksək təşkilatçılıq səviyyəsi, özünəməxsus səhnə tərtibatı ilə əvvəlkilərdən fərqlənən 57-ci Avroviziya şousunu istər «Bakı Kristal Holl»-dakı minlərlə tamaşaçı, istərsə də bütün Avropa və dünyanın bir çox ölkəsində canlı izləyən milyonlarla insan əsararəngiz şouya tamaşa etməklə yanaşı Azərbaycanı kəşf etmək imkanı da qazandı. Beləliklə, özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin qovşağında yerləşən Azərbaycan bütün cəhətlərdən sabit ölkədir. Əslində üç dənz əfsanəsini reallığa çevirməyə qadir olan bir ölkənin növbəti miqyaslı uğura imza atması gözlənilən idi. Azərbaycan güclü, qüdrətli bir dövlət olduğunu növbəti dəfə sübut etdi.

13:00 / 28.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 14542
Bu ay: 265738
Ümumi: 13755354
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın