/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Beynəlxalq Kann festivalı yekunlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

65-ci beynəlxalq Kann festivalı yekunlaşıb. Festivalın «Qızıl palma budağı» mükafatına avstriyalı rejissor Mixael Xanekenin «Sevgi» filmi layiq görülüb. Qeyd edək ki, bu mükafat rejissorun yaradıcılıq karyerasında sayca ikincidir. «Yenidən Kann səhnəsində olduğuma və mükafatı aldığıma görə xoşbəxtəm. Çəkiliş qrupuna da təşəkkürümü bildirirəm. Onlarsız filmi çəkmək mümkün olmazdı»-deyə Xaneke bildirib. Festival gözlənilməz sonluqla bitib. Belə ki, italiyalı rejissor Matteo Harronenin «Reallıq» filminin qran-pri mükafatına, eləcə də meksikalı kinorejissor Karlos Reyqadasın «Zülmətdən sonra işıq» filminin ən yaxşı rejissor işinə görə mükafata layiq görülməsi festivalın bağlanış mərasimində şok effekti yaradıb. Növbəti 66-cı Kann festivalı gələn ilin may ayında keçiriləcək. Mərasimin dəqiq açılış tarixi isə müəyyən olunmayıb.

09:00 / 28.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 12743
Bu ay: 503663
Ümumi: 16296905
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın