/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Birbaşa finalda çıxış edəcək təmsilçilər jurnalistlərlə görüşüblər

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün «Avroviziya -2012» mahnı müsabiqəsində birbaşa finalda çıxış edəcək ölkələrin təmsilçiləri jurnalistlər qarşısına çıxıblar. Mətbuat konfransları maraqlı məqamlarla yaddla qalıb.
Ötən gecə baş tutan ikinci yarımfinal konesrtinin ardından səhər saatlarında «Bakı kristal hall»-da yerləşən mətbuat mərkəzindəki sakitlik elə də uzun sürmədi. Birbaşa finalda çıxış edəcək ölkələrin iştirakçılarına xüsusi maraq göstərən həmkarlarımızın sırasında böyük britaniyadan olan həmkarım Alek Parkin diqqətimi çəkdi. Notbukunun üzərinə bayrağımızı həkk edən həmkarım deyir ki, ilk dəfədir səfər etməsinə baxmayaraq, Azərbaycanı çox sevib.
Bakının ev sahibliyi etdiyi «Eurovision» müsabiqəsində həyəcan kulinasiya eöqtəsinə yaxınlaşır. Bu gün finalda çıxış edən ölkələr jurnalistlərin suallarını cavablandırdı. Azərbaycan təmsilçisi həmişə olduğu kimi mətbuatın diqqət mərkəzində idi.
Jurnalistlərin qarşısına dördüncü çıxan Səbinə Babayeva müsabiqəyə yaxşı hazırlaşdığını, Azərbaycanı layiqincə təmsil edəcəyini açıqladı. Mətbuat nümayəndələrinin suallarını cavablandıran ilk iştirakçı - Böyük Britaniya təmsilçisi Engelbert Hamperdink isə çıxışı ilə bağlı bəzi məqamları bölüşdü. Məlum oldu ki, səhnəyə dünya şöhrətli müğənni Elvis Preslinin hədiyyəsi olan boyunbağı ilə çıxacaq.
Mətbuat konfransına qatılaraq təmsilçilərə uğur arzulayan «Avroviziya - 2010»- un qalibi Lena - Mayerin sürprizindən məmnun qalan almaniyalı təmsilçi - Roman Lob Azərbaycan haqqında xoş sözlər dedi. İtaliyalı təmsilçi Nina Zilliyə sürpriz isə mətbuat nümayəndələrindən gəldi.

19:00 / 25.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 17308
Bu ay: 307293
Ümumi: 14441654
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın