/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Avroviziya 2012»-nin bütün finalçıları bəlli oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Avroviziya 2012-nin final mərhələsində çıxış edəcək 10 fnalçınında adı məlum olub. Ötən gecə yarışmasının ikinci yarımfinalı keçirilib. Şounu izləyənlər arasında Avroviziya yarışmasının ilk qalibi isveçrəli Lis Assia da olub. İkinci yarımfinal da əsrarəngiz şou, qeyri adi performanslarla yadda qaldı. 18 ölkə təmsilçisi finala çıxmaq uğrunda mübarizə apardı. Birinci yarımfnalda olduğu kimi, hər çıxışçının ifasından öncə nümayiş olunan video-çarxlarda isə Azərbaycanın dilbər guşələri, mədəniyyəti, musiqisi, qədim adət-ənənələri, milli mətbəximiz və müasir Azərbaycan milyonlarla tamaşaçıya təqdim olundu. Avropanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan jurnalisilərsə şounu «Kristal holl»-un mətbuat mərkəzindən seyr etdilər. Burda yaşanan həyəcanlı anlar, heç də arenadakından geri qalmırdı. Yarışmanın ikinci yarımfinalı 46 ölkədə canlı yayımlandı. Təxmini hesablamalar görə ümumi teleauditoriyanın sayı 300 milyona yaxın oldu. Müsabiqənin ikinci yarımfinalının interval aktının şousu Azərbaycan musiqi mədəniyyətinin təbliği baxımından xüsusi rol ooynadı. Son 5 ilin Avroviziya qalibləri Azərbaycan milli musiqi alətlərinin muşayəti ilə çıxış etdilər. Nəhayət səsvermənin nəticələri açıqlandı və finala vəsiqə qazan növbəti 10 ölkə təmsilçisi bəlli oldu. Sonra qalib ölkə təmsilçilərinin mətbuat konfransına start verildi. Amma onlardan öncə şounun fəxri qonağı, Avroviziya mahnı müsabiqəsinin ilk qalibi isveçrəli Lis Assia təssüratlarını jurnalistlərlə bölüşdü. Müsabiqə barədə fikirlərini bölüşən qalib ölkə təmsilçiləri isə, sonra püşklə finalda çıxış edəcəkləri ardıcıllığı müəyyənləşdirdilər. Beləliklə, Litva 4, Bosniya Hersoqovina 5, Serbiya 24, Ukrayna 25, İsveç 17 , Makaedoniya 22, Norveç 12, Estoniya 11, Malta 21, Türkiyə təmsilçisi isə 18 nömrə altında finalda çıxış edəcək. Yeri gəlmişkən Türkiyə təmsilçisi Can Bonomonun mətbuat konfransına Türkiyə və Azərbaycan bayraqları ilə gəlməsi jurnalistlərinin xüsusi diqqət yetirdiyi məqam oldu. «Avroviziya 2012» mahnı müsabiqəsinin ikinci yarım finalının qalibləri finala vəsiqə qazanmalarını «Evroklubda» təntənəli şəkildə qeyd ediblər. Mərasim səhərədək davam edib. Qalibiyyət sevincini yaşayan qaliblər və fanatlar yarımfinaldakı qələbənin dadını çıxarıblar.

09:00 / 25.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 12472
Bu ay: 263668
Ümumi: 13753284
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın