/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

65-ci Kann kino festivalı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

65-ci Kann kino festivalında braziliyalı rejissor Uolter Sarresin «Yolda» filmi nümayş etdirilib. Bu ekran əsəri amerikalı yazıçı Cek Keruakanın məşhur romanı əsasında çəkilib. Rejissor Sarres film üzərində 8 il işlədiyini və 60-cı illər epoxasını təsvir etdiyini bildirib. Keçən on illər ərzində çoxlu sayda rejissor Keruakanın romanını ekranlaşdırmağa çalışsalar da, layihələrini sona çatdıra bilməyiblər. Kanadada çəkilən film, 25 milyon dollara başa gəlib. Festivalda fransız rejissoru Leos Karaksın «Müqəddəs mühərriklər» filmi də nümayiş olunub. Bu film digərlərindən fərqlənir. «Müqəddəs mühərriklər» müəllifi kimi müəmmalıdır. Belə ki, Karaks qapalı həyat tərzi keçirir və demək olar ki , müsahibə vermir. «Müqəddəs mühərriklər» filmində baş qəhrəman süjetdə ardıcıl olaraq dilənçi, qatil, aktyor, yeniyetmə atası, qoca obrazlarında çıxış edir. Hadisələr Parisdə cərəyan edir. Qeyd edək ki, festivalın proqramına daxil olan 22 filmdən 16-sı artıq nümayiş etdirilib. «Qızıl palma budağı» mükafatının sahibi mayın 27-də məlum olacaq.

13:00 / 24.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 12840
Bu ay: 503760
Ümumi: 16297002
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın