/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Siz hələ heç nə görməmisiniz» filminin premyerası olub

Şriftin ölçüsü:  11px13px15px17px

Kann festivalında 89 yaşlı fransız rejissoru Alen Renenin «Siz hələ heç nə görməmisiniz» filminin premyerası olub. Film, məşhur fransız dramaturqu Jana Anuyanın «Evridika» adlı pyesi əsasında , yüksək ustalıqla çəkilib. Filmdə antik dünya və müasir cəmiyyət arasında olan mifoloji uçurum əks olunur. Rejissor filmin çəkilişində polifoniya üsulunu tətbiq edb - eyni obrazı bir neçə aktyor ifa edir. Filmin əsas xüsusiyyətlərindən biri də renenin 60 il ərzində əməkdaşlıq etdiyi məşhur aktyorları bir araya gətirməsidir. Bunun nəticəsndə unikal əsər meydana gəlib. Rejissor öz yeni işində teatr və kinematoqrafıyanın oxşar cəhətlərini göstərməyə çalışıb. Alen rene ilk dəfə olaraq 1959-cu ildə kann kino festivalında «Xirosima - mənim sevgim» filmi ilə iştirak edib. Bu film ona dünya şöhrəti gətirib. 53 il sonra o, «Siz hələ heç nə görməmisiniz» filmi ilə festivalın ən ali mükafatına iddialıdır. Kann festivalında iranlı rejissor Abbas Kiyarostamın «Sevənlər kimi» və cənubi koreyalı Xon San Sunun «Başqa ölkədə» filmləri də nümayiş etdirilib. Bu gün festivalda məşhur britaniyalı rejissor Kena Louçanın «Mələklərin payı» və avstraliyalı rejissor Endryu Dominikin «Kazinonun qarəti» filmləri nümayiş olunacaq.

13:00 / 22.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 31
Bu gün: 12730
Bu ay: 503650
Ümumi: 16296892
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın