/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Kann Festivalı davam edir

Şriftin ölçüsü:  11px13px15px17px

65-ci beynəlxalq Kann Kino Festivalı davam edir. Festivalın növbəti günündə bir neçə filmin təqdimatı olub. Bundan əlavə müxtəlif nominasiyalar üzrə mükafatlandırılan aktyor və aktrisaların adına da aydınlıq gətirilib. Festivalda ilk olaraq bir neçə yeni filmin premyerası olub. İzləyicilərin maraqla qarşıladığı filmlərdən biri də misirli rejissor Yusri Nəsrullahın çəkdiyi «Müharibədən sonra» filmi olub. Filmdə əsasən 2011-ci ildə Misirdə baş verənlər - iğtişaşlar, onun gedişatı və sonrakı dövrü öz əksini tapıb. Əsas diqqət çəkən məqamlardan biri isə Misir inqilabına fərqli yanaşan iki müxtəlif dünyagörüşlü insanın bir-biri ilə mübarizəsiinin təsvirinə geriş yer verilməsidir. «Müharibədən sonra» mükafata ən real namizədlərdən sayılır . Animasiya filmlərindən isə «Madaqaskar - 3»-ün təqdimat mərasimi keçirilib. Film hələlik böyük ekranlara çıxarılmasa da, oradakı qəhrəmanların təsvir edildiyi stendlərin festivala gətirilməsi tamaşaçılarda böyük maraq oyadıb. Qeyd edək ki, Madaqaskar 1 və 2-dən fərqli olaraq, «Madaqaskar 3», 3 d formatında təqdim olunur. 65-ci Kann Film Festivalının növbəti günü ilk mükafatın təqdim edilməsi ilə də əlamətdar olub. Belə ki, ən gənc və istedadlı aktyorlar kimi Şalın Vudli və Esra Miller Çopard mükafatına layiq görülüblər. Qeyd edək ki, Çopard mükafatı artıq 12-ci ildir ki, Kann festivalı çərçivəsində ilin ən yaxşı aktyor və aktrisasına təqdim olunur.

19:00 / 18.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 13208
Bu ay: 504128
Ümumi: 16297370
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın