/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Kann kino festivalı işə başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Fransada 65-ci beynəlxalq Kann kino festivalı işə başlayıb. Mərasim ues andersonun «Bədirlənmiş ay krallığı» filminin nümayişi ilə başlayıb. Tədbiri «Aktyor» filmində baş rollardan birinin ifaçısı, fransız aktrisası Berenis Bejo açıb. Əsas müsabiqə proqramına 22 film daxil edilib. Mükafatlar uğrunda Devid Kronenberqin «Kosmopolis», Mixail Xanekenin «Sevgi», Kena Louçun «Mələklərin payı» kimi filmlər mübarizə aparcaq. Rejissor film vasitəsilə tamaşaçılara iki gəncin hisslərinin həmin cəmiyyətdə necə böhran yaratdığını, sevgi dəyərlərini və bu dəyərlərin yeni epoxanın yaranmasına gətirib çıxardığını çatdırır. İştirakçılar dəyişən dünyadakı sevgi mövzusunun festivalda əsas xətt kimi gedəcəyini deyirlər. 65-ci Kann kinofestivalında kimin «Qızıl palma budağı»-na sahib olacağını italiyalı rejissor Nanni Morettinin rəhbərlik etdiyi münsiflər heyti müəyyən edəcək. Filmdə baş rolu Bryus Uillis ifa edir. Aktyor bu filmdə özünün ən qeyri-adi rolunu oynadığını bildirib. «Oynadığım kişi obrazı elə qəribədir ki, mən əvvəllər heç vaxt belə rolda oynamamışam. O, ciddidir və bəxti gətirmir». Bunu Bryus Uillis filmin nümayişindən sonra baş tutan mətbuat konfransında deyib. Mərasim mayın 27-dək davam edəcək. Kinofestival Klod Millerin «Tereza deskeyru» filminin nümayişi ilə bağlanacaq.

13:00 / 17.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 24207
Bu ay: 433623
Ümumi: 13923239
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın