/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Azərbaycanın Avroviziyada qələbəsinin 1 illiyi qeyd olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Avroviziya təmsilçiləri «Bakı kristall hall»-un səhnəsində məşqləri davam etdirir. Musiqi yarışmasının keçiriləcəyi arena onu görən hər kəsi heyran edir. Avroviziya mahnı müsabiqəsi dünyanın 50-dən çox ölkəsində 100 milyondan artıq izləciyicisi olan möhtəşəm şoudur. Şou zamanı səhnə arxasında 1000-dən çox insan çalışır. 6 həftə fasiləsiz, gərgin iş rejimindən sonra artıq Bakı «Kristall holl»da möhtəşəm səhnə, işıq effektləri və televiziya avdanlıqları quraşdırılıb. Arenada 2500-dən çox projektor quraşdırılıb. Bunun üçün 3 min metrdən artıq naqildən istifadə olunub. Yeniliklərdən biri isə odur ki, «Stadicam»-ların və rels üzərindəki çəkiliş avadanlıqlarının birində eyni zamanda iki kamera quraşdırılıb. Bu isə müxtəlif rakurslardan və dinamik çəkiliş aparmağa imkan verəcək. «Kristall holl»-un dizaynında ən vacib elementlərdən biri odur ki, arenanın səhnə və podiumları 3 d formatında təqdim olunur. Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 hd kamera quraşdırılıb. Nəticədə bütün bu görüntülər modern səyyar televiziya stansiyaları vasitəsi ilə bütün Avropaya ötürüləcək. Hazırda Avropa izləyicisinin diqqəti «Kristall holl»-un səhnəsində gerçəkləşən ilk məşqələrə yönəlib. Bu gün ilk olaraq səhnəyə Serbiya təmsilçisi çıxdı. Bu gün ilk məşqinə çıxanlar arasında yarışmanın favoritlərindən olan Makedoniya təmsilçisi Kaliopi də oldu. Bu arada ötən gün «Euroklubda» Azərbaycanın «Avroviziya 2011»-də qələbə qazanmasının 1 illiyi qeyd olunub. Ötən il mayın 14-də Düsseldorf şəhərində qalib olan Eldar Qasımov və Nigar Camalın şərəfinə təşkil olunan mərasim onlar üçün sürpriz olub. Tədbirə dəvət olunan qalib duet bundan xəbərsiz olub. Mərasimdə üzərində Eldar və Nigarın fotosunun əks olunduğu böyük tort kəsilib. Tədbirdə Maltanın, İslandiyanın, Finlandiyanın və digər ölkələrin bu ilki Avroviziya təmsilçiləri də iştirak edib. Ötən ilin qalibləri onlara uğur gətirən mahnını ifa ediblər.

19:00 / 15.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 13478
Bu ay: 504398
Ümumi: 16297640
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın