/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Arsenium» layihəsi nümayiş etdirildi

Şriftin ölçüsü:  11px13px15px17px

«Yarat» müasir incəsənət məkanı sənətsevərləri yenidən bir yerə topladı. «012 Bakı publik art festivalı» çərçivəsində müəllif Əli Həsənovun «Arsenium» əsəri nümayiş olunub. Xüsusi tərtibatı və mükəmməl səs effektləri ilə təqdim edilən multimedia layihəsi böyük marağa səbəb olub. «Arsenium» adlı multimedia insənət layihəsi, akademik musiqi dairələri üçün əhəmiyyətli olan, ötən əsrin əvvəllərinin avanqard bəstəkarı Arseniy Avraamovun «Fitlər simfoniyası» əsərinin Bakıda ilk dəfə ifa edilməsi kimi tarixi fakta əsaslanır. «Arsenium» «Fitlər simfoniyasının» yenidən qurulmuş versiyası deyil, Bakının mədəni həyatının bu əhəmiyyətli fakta ithaf edilən əsərdir. Rəssam multimedia layihəsində mifologiya elementlərindən istifadə edib və nəticədə bir video-animasiya yaradıb. Layihənin səs ünsürü isə bir növ özündə məxsusi olaraq nəfəs alətləri orkestrinin ifasında müasir elektron müsiqisni təqdim edir. «012 Bakı publik art festivalı» çərçivəsində növbəti sərgi mayın 11-də təqdim ediləcək. Bu dəfə müəllif Leyla Əliyevanın «Beyin» obyekti nümayiş etdiriləcək.

13:00 / 05.05.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 15959
Bu ay: 59982
Ümumi: 17280435
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın