/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Musiqisevərlər Bakıya dəvət olundu

Şriftin ölçüsü:  11px13px15px17px

Avropanın ən mötəbər «Avroviziyaya 2012»- mahnı yarışmasına sayılı günlər qalıb. Dünyanın dörd bir yanında olan həmyerlilərimiz bu mötəbər müsabiqəyə ev sahibliyi edəcək ölkəmizin təbliği ilə bağlı müxtəlif layhələr həyata keçirirlər. Birləşmiş Ərəb Əmirliklərində «Azərbaycan» diasporu tərəfindən «Bütün musiqisevərləri Bakıya dəvət edirik» adlı kompaniya keçirilib. Kompaniya çərçivəsində diasporun rəhbəri Samir İmanov Dubayın turizm və ticarət marketinqi nazirinin müavinləri Nəbil Əbdürrəhman Əhəd və Bədr Abdullah Məhəmmədlə görüşüb. Bakıda keçiriləçək «Avroviziya-2012» mahnı müsabiqəsinə həsr olunmuş görüşlərdən sonra nümayəndə heyətinin rəhbəri mətbuat konfransı keçirib. «Azərbaycan» cəmiyyətinin bu kompaniyası Birləşmiş Ərəb Əmirliklərinin rəsmi orqanı «Al Bəyan» qəzetində də geniş işiqlandırılıb. Nəşrdə Samir İmanovun «Avroviziya 2012» mahnı müsabiqəsi, bu müsabiqəyə hazırlıq işləri ilə bağlı fikirləri yer alıb. Tətbirin möhtəşəm keçrilməsində Heydər Əliyev Fondunun rolu xüsusi qeyd edilib. Samir İmanov bildirib ki, Azərbaycanın xalqı yarışma zamanı öz qonaqpərvərliyini və tolerant ölkə olduğunu dünyaya nümayiş etdirəcək. Fərqli dizayn əsasında tikilən «Bakı kristal holl»-un xüsusi imkanlara malik olduğu da məqalədə qeyd edilib. Həmçinin bildirilir ki, Azərbaycana gələn qoanqlar ölkənin zəngin mədəni irsə malik olan bir sıra tarixi abidələri ilə yaxından tanış olmaq imkanıda qazanacaqlar.

16:00 / 24.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 4932
Bu ay: 347408
Ümumi: 13837024
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın