/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Beynəlxalq festivalın növbəti sərgisi

Şriftin ölçüsü:  11px13px15px17px

«Yarat» müasir incəsənət məkanı «012 Bakı publik art festivalı» çərçivəsində bu dəfə rəssam Rəşad Babayevin əsərini sərgiləyib. «Antonioni Bakıda» əsərində müəllif bir növ Bakı sakinlərinə məşhur italiyalı rejissorun paytaxtımıza səfərini xatırladıb. 1972-ci ildə öz filmi üçün naturanın axtarışında olan məşhur italiyalı kinorejissor Mikelancelo Antonioni Bakıya gəlib. O, paytaxtda on gün qalaraq ətraf yerləri gəzdikdən sonra nəhayət, Artyom adasında axtardığı naturanı tapıb. Rəssam Rəşad Babayev də əsərində məhz italiyalı kinorejissorla bağlı bu nünasları əks etdirib. Əslndə, o dövrdə Mikelancelo Antonioninin Bakıya gəlişi bir təsadüf deyildi. Çünki Bakının ətraf yerləri, xüsusi ilə də Abşeron yarımadasının təbiəti sərt mühitinə görə italiyalı rejissorun gözə çarpmayan ədəbi üslubu ilə gözəl vəhdət təşkil edib. Rəşad Babayevin də bu əsəri bir növ Bakı sakinlərinə Mikelancelo Antonioninin Azərbaycan paytaxtına «Məxfi» səfərindən xəbər vermək məqsədi daşıyır. «012 Bakı publik art festivalı» çərçivəsində növbəti dəfə rəssam Niyaz Nəcəfovun «Qırçılar» əsəri sərgilənəcək. Aprelin 27-də nümayiş olunacaq əsər açıq havada təqdim ediləcək. Bu da layihəyə daha geniş auditoriyanın diqqətini cəlb etdirəcək.

13:00 / 21.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 9809
Bu ay: 544711
Ümumi: 15311252
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın