/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Tanınmış cazmenin doğum günü

Şriftin ölçüsü:  11px13px15px17px

Tanınmış cazmen - Salman Qəmbərov doğum gününü qeyd edir. Məşhur musiqiçi özünəməxsus ifaları ilə fərqlənir.
Hələ 14 yaşında, məktəbdə ifa etdiyi caz kompozisiyası ilə sinif yoldaşlarının pərəstiş etdiyi ulduza çevrilən Salman Qəmbərov, bu gün ustad sənətkar kimi kimi təkcə Azərbaycanda deyil, bütün dünyada sevilir. Musiqiçinin caza müraciəti isə təsadüfi deyildi. Caz – onun üçün çoxsaylı ideyalarını reallaşdıra biləcəyi, özündə çox nəsnəni birləşdirən universal musiqidir.
Yaradıcılığına bələd olanlar onu belə xarakterizə edir: «Salman Qəmbərovun cazı koloriti və özünəməxsusluğu ilə seçilir». Bu özünəməxsusluğun arxasında isə cazmenin hər dəfə nəsə öyrənmək həvəsi və daim öz üzərinə işləmək kimi keyfiyyətləri dayanır. Ustad – sənətkar özü də etiraf edir: «Caz sahəsində savadın yoxdursa, ciddi nailiyyətlər əldə edə bilməzsən».
Salman Qəmbərovun ifasında caz - intellektual yükə malik saf musiqidir. Vətənində və xaricdə imza atdığı yüksək səviyyəli layihələr deməyə əsas verir ki, Salman Qəmbərov caz musiqiçiləri üçün nümunə hesab edilə bilər və o, buna layiqdir. Bir sözlə, Salman Qəmbərov əsl cazmendir. Caz şəhəri sayılan Bakını təmsil etməyə layiq musiqiçidir.

19:00 / 19.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 11
Bu gün: 9833
Bu ay: 544735
Ümumi: 15311276
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın