/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

20 illik fasilədən sonra Ağdam teatrı tamaşaçılarını sevindirib

Şriftin ölçüsü:  11px13px15px17px

Əbdürrəhim Bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı 20 illik fasilədən sonra ilk böyük tamaşasını səhnəyə çıxarıb. Teatrsevərlər Mirzə Fətəli Axundovun «Sərgüzəşti-vəziri-xani-Lənkaran» tamaşasını izləyiblər. Tamaşa Quzanlı Kənd Mədəniyyət Evində nümayiş olundu. Əsası 1902-ci ildə qoyulan Ağdam Dövlət Dram Teatrının kollektivi tərəfindən səhnələşdirilən «Sərgüzəşti-vəziri xani Lənkaran» əsəri tamaşaçılardan böyük alqış aldı. Uzun fasilədən sonra səhnəyə çıxmanın sevincini yaşayan aktyorlar bir-birilərini təbrik edirdilər. Dram teatrının hazırda maddi-texniki bazası zəif olduğundan tamaşanın hazırlanması üçün Gəncə Dövlət Dram Tearına müraciət olunub. Köçkünlük həyatı yaşayan Ağdam Dram Teatrının bəzi aktyorları ötən müddət ərzində kollektivi tərk ediblər. Bu səbəbdən də tamaşada bəzi epizodik rolları teatrın texniki işçiləri oynadı. Teatrın rəhbərliyi problemin aradan qaldırılması üçün aidiyyatı qurumlara müraciət edib. Bu gün nümayiş olunan tamaşa Mirzə Fətəli Axundovun 200 illik yubleyi ərəfəsndə təşkil olunan festivala da təqdim olunacaq.

19:00 / 10.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 6961
Bu ay: 35899
Ümumi: 17256352
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın