/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Gürcüstan teatrı ÜNS səhnəsində

Şriftin ölçüsü:  11px13px15px17px

«ÜNS Yaradıcılıq Səhnəsi» Bakı tamaşaçılarını sevindirməkdə davam edir. Bu dəfə teatrsevərlər qarşısında Gürcüstanın məşhur Şota Rustavelli Teatrının truppası çıxış edib. Artıq klassikaya çevrilmiş «12 qəzəblənmiş kişi» tamaşası maraqla qarşılanıb. Əsər 1954-cü ildə məşhur amerikalı yazıçı Redcinald Rouz tərəfindən qələmə alınıb. Uzun illər ərzidə dəfələrlə səhlənəlşdirilib. Bu dəfə Gürcüstanın Şota Rustavelli adına Akademik Dram Teatrı Bakı tamaşaçılarına «12 qəzəblənmiş kişi» tamaşasını gürcü dilində təqdim etdi. Süjet xəttinə gəlincə… əhalinin imtiyazlı təbəqəsindən seçilmiş 12 məhkəmə iclasçısı atasının qətlində ittiham olunan 18 yaşlı gəncin taleyini həll etməlidir. Məhz onların yekdilliklə qəbul edəcəyi qərar əsasında gəncin əfv edilməsi və ya ölüm cəzasına məhkum olunması müəyyənləşdiriləcək. Amma onlardan biri məsələyə şübhə ilə yanaşır. Cinayətin məhz həmin gənc tərəfindən törədildiyinə inanmaq üçün iclasçılar arasında qızğın müzakirələr gedir. Tamaşa zamanı aktyorların səhnədə canlandırdığı obrazlar sanki tamaşaçı ilə öz sirrlərini bölüşür. Hər bir qəhrəmanın öz arzu və istəklərinin, həmçinin mənəvi yaralarının, hansı istirablarının olduğu məlum olur. Tamaşanın rejissoru Rezo Çxaidze və Robert Sturuadır. Səhnədə müxtəlif yaş qruplarında olan aktyorların ifası tamaşanı daha da yadda qalan edir. Tamaşanın teatrsevərlərin ürəklərində dərin iz buraxması alqışlarda özünü göstərdi.

13:00 / 07.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 8296
Bu ay: 37234
Ümumi: 17257687
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın