/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«012 Bakı pablik artı festivalı» çərçivəsində «Xarici şəhər» layihəsi təqdim edilib

Şriftin ölçüsü:  11px13px15px17px

«Yarat müasir incəsənət» məkanının ən son layihəsi olan «012 Bakı pablik art festivalı» çərçivəsində sayca 5-ci sərgi keçirilib. Bu dəfə rəssam Faiq Əhməd özünün «Xarici şəhər» layihəsini təqdim edib. «Xarici şəhər» layihəsi özündə yer üzünə taxılmış və onu dəri üzlük kimi yuxarı qaldıran böyük halqa-heykəltəraşlıq nümunəsini əks etdirir. Rəssamın yaratdığı bu əsərdə sanki, gözlə görünməyən böyük barmaq, bu üzüyü dartıb çıxartmağa və o da öz növbəsində mümkün qədər yumuşalaraq ağır yer səthini özü ilə dartıb aparmağa çalışır. Faiq əhmədin müasir incəsənətdə yaradığı «Xarici şəhər» əsəri həm də fiziki dartınma hissi, sanki genişlənməyə can atan bir sözlə daha həcmli olmağa çalışan bir mənanı verir. Rəssam Faiq Əhmədov əsərin yerləşdirildiyi qala divarlarını təsadüfən seçməyib. «Xarici şəhər» əsəri «İçəri şəhər» qarşıdurması ilə əlaqədar olduğu üçün qala divarlarında yerləşdirilib. «İçəri şəhər» adlandırdığımız «Daxili şəhər» və qala divarları hüdudlarından kənarda yerləşən, indiki dövrə qədər böyüməkdə olan, Abşeron yarmadasının daha da geniş ərazisini əhatə edən «Xarici şəhər» anlayışı mövcudur. Elə bu səbədən də rəssam məhz bu məkanı seçib. Hər həftənin cümə günü şəhərin müxtəlif yerlərində, özü də açıq məkanda təqdim edilən «012 Bakı pablik art festivalı» çərçivəsində növbəti layihə rəssam Fərid Rəsulun «Hacı Zeynalabdin Tağıyevin papağı» əsəri olacaq.

13:00 / 07.04.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 28
Bu gün: 15789
Bu ay: 95137
Ümumi: 17315590
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın