/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Titanik» 3 d formatında ekranlara çıxır

Şriftin ölçüsü:  11px13px15px17px

Londonda, Kral Albert zalında «Titanik» filminin 3d formatında premyerası baş tutub. Filmdə əsas rollardan birini ifa etmiş Keyt Uinslet və rejissor Ceyms Kemeron tədbirdə iştirak ediblər. Leonardo Di Kaprio isə yeni layihə ilə məşğul olduğundan, tədbirdə iştirak edə bilməyib. Filmin rejissoru, tənqidçilərin bu mövzuya nəyə görə yenidən müraciət etməsinin səbəbi ilə bağlı sualını belə cavablandırıb. Rejissor hesab edir ki, filmin 3d formatında geniş ekranlara çıxması, tamaşaçıya daha güclü emosional təsir göstərəcək. 1997-ci ildə çəkilən film həmin vaxt elə də tanınmayan aktrisa Keyt Uinsletə böyük şöhrət qazandırıb. «Titanik», yaradıcılarına 1 milyard 843 milyon dollar gəlir gətirib və 11 «Oskar» alıb. Yaradıcı heyət filmin yeni versiyada ekranlaşdırılmasını məşhur gəminin batmasının yüzüncü ildönümünə həsr ediblər. Filmin 3d formatda ekranlaşdırılması 18 milyona başa gəlib. Yeni versiya üzərində 60 həftə ərzində 300 nəfər çalışıb. «Titanik 3d» dünya ekranına aprelin 4-də çıxacaq.

13:00 / 28.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 8709
Bu ay: 315387
Ümumi: 13805003
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın