/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Xalq yazıçısı Süleyman Rəhimovun xatirəsi anılır

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün xalq yazıçısı Süleyman Rəhimovun doğum günüdür. O, 1900-cü il martın 22-də Zəngəzur qəzasının Əyin kəndində dünyaya gəlib. «Bu yazıçı Azərbaycan nəsrinin uzaqvuran ağır artilleriyasıdır. Onun sinəsində xalqın ürəyi döyünür». Yazıçı haqqında səslənən bu fikirlər böyük şairimiz Səməd Vurğuna aiddir. İlk təhsilini doğulduğu kənddə alan Süleyman Rəhimov ədəbi yaradıcılığa 1930-cu ildə «Şamo» əsəri ilə başlayıb. O, bu əsərə 50 ilini həsr edib. Əsərin qəhrəmanından o qədər təsirlənib ki, hətta həmin ərəfədə dünyaya gələn oğlunun adını da Şamo qoyub. Daim gərgin yaradıcılıqla məşğul olan Süleyman Rəhimovun sonralar qələmə aldığı «Mehman», «Saçlı», «Qafqaz qartalı», «Medalyon» kimi əsərləri yüz minlərlə oxucunun sevgisini qazanıb. 1975-ci ildə böyük yazıçıya Sosialist Əməyi Qəhrəmanı adı verilib. Süleyman Rəhimov yaradıcılığına verilən qiyməti xalqa verilən qiymət kimi dəyərləndirib. Süleyman Rəhimov 3 dəfə «Lenin», həmçinin «Şərəf nişanı» ordeni ilə təltif edilib. Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına layiq görülüb. Görkəmli yazıçı 1983-cü il oktyabrın 11-də 83 yaşında vəfat edib.

13:00 / 22.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 4564
Bu ay: 493846
Ümumi: 15260387
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın