/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

«Sonu olmayan dəhliz» filminin siqnal variantının təqdimatı keçirilib

Şriftin ölçüsü:  11px13px15px17px

Heydər Əliyev Fondunun dəstəyilə «Nizami» kino mərkəzində «Qafqazda sülh» beynəlxalq layihə çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan «Sonu olmayan dəhliz» adlı sənədli filmin siqnal variantının təqdimatı olub. Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib. Avropa kinematoqrafçılarının birgə istehsalı olan «Sonu olmayan dəhliz» sənədli filminin təqdimatı «Xolcalıya ədalət» beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilib və Xocalı faciəsinin 20 illiyinə həsr olunub. Filmin siqnal versiyasının təqdimat mərasiminə dövlət və hökumət rəsmiləri də qatılmışdı. Təqdimatdan əvvəl çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, dialoq və əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Formunun mədəniyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyeva filmin yaradıcı qrupunun işini yüksək qiymətləndirdi. Bildirdi ki, bu film Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatrıdılmasında mühüm rol oynayacaq. Leyla Əliyeva onu da bildirdi ki, 2012-ci ildə İslam Konfransı Gənclər Forumunun xəttilə Xocalı faciəsinin hüquqi və siyasi aspektlərdən tanınması, o cümlədən ədalətin tam bərqərar olması istiqamətində fəaliyyəti davam etdirələcək. Daha sonra çıxış edən litvalı jurnalist Riçard Lopaytis bildirdi ki, flimin hazırlnmasınada əsas məqsəd bütün dünyaya Xocalı faciəsini çatdırmaqdır. Bu, ədalətin bərpa olunmasının əsas şərtidir. Leyla Əliyevanın və Xocalıya ədalət kampaniyasının fəaliyyətini yüksək qiymətləndirən litvalı jurnalist həmçinin qeyd etdi ki, kampaniyanın peşəkracasına aparılması və obyektivliyi, çəkiliş qrupu tərəfindən flmin siqnal nümayişinin və ictimaiyyətlə bölüşməsinin, məhz kampaniya çərçivəsində keçirilməsi haqqında qərar qəbul etməsinə təsir edib. Çıxışlardan sonra filmə baxış keçirildi. Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film müxtəlif insanların mlli mənsubiyyət, peşə və siyasi baxışları fərqli olan adamların 1992-ci ilin faciəvi 26 fevral gecəsində kəsişən talelərdən bəhs edir. Filmdə Ermənistan və Azərbaycanda münaqişəyə dair hakim olan rəsmi mövqelər öz əksini də tapıb.

16:00 / 12.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 15753
Bu ay: 353263
Ümumi: 13177561
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın