/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Açıq səma altında sərgi

Şriftin ölçüsü:  11px13px15px17px

«Yarat» müasir incəsənət məkanının ən son layihəsi olan «012 Bakı publik art» festivalı çərçivəsində ilk sərgi keçirilib. Bu dəfə tanınmış rəssam Altay Sadıqzadənin «Xəzri» əsəri açıq səma altında nümayiş etdirilib. «Xəzri», səliqəsiz şəkildə jırılmış, sanki əzilmiş kağızı xatırladan, mücərrəd heykəltaraşlıq nümunəsidir. Əsərə ilk baxanada insanda elə təsəvvür yananır ki, bu kiminsə əli və ya hansısa əşya ilə deyil izahı çətin olan bir vasitə ilə cırılıb. Altay Sadıqzadənin yaratdığı bu əsərin adına müraciət edəndə öyrənirik ki, bu «Xəzridir»-bu obyekt təkcə mövzusuz heykəltaraşlıq nümunəsi kimi deyil, Bakı küləyinin özünəməxsus bir rəmzi kimi görünür. Altay Sadıqzadənin yaratdığı «Xəzri» əsəri dinamik, bilavasitə külək təsirinin, hava burulğanının bu formaya toxunmasının nəticəsidir. Bu heykəlin forması sanki hava axınlarının hərəkətini əks etdirir və özləri də küləyin dəyişən konfiqurasiyasının dinamik, vizual əkslərinə çevrilir. Beləliklə rəssam həddindən artıq çətin məsələni həll etməyi bacardı-heykəltaraşlıq kimi ağır incəsənət növü formatında külək kimi yüngül və görünməz substansiyanı əks etirdi. Bakının və Abşeronun həmişə küləklərlə assosiasiya edildiyini nəzərə alsaq- «Bakı» adının izzahlarından biri «Küləklər» şəhəri»-dir. Altay Sadıqzadənəin də bu əsəri öz növbəsində şəhər məkanı üçün kifayət qədər aktual və doğma görünür. Qeyd edək ki, «012 Bakı publik art» festivalı çərçivəsində 21 azərbaycanlı rəssamın əsərləri təqdim ediləcək. Hər həftə individual şəkildə, açıq məkanlarda nümayiş olunacaq bu əsərlər hər bir rəssamın Bakıya olan münasibətini əks etdirir. Layihənin növbəti sərgisi isə martın 16-da keçiriləcək.

13:00 / 10.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 6443
Bu ay: 135065
Ümumi: 14269426
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın