/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Mədəniyyət

Azərbaycan milli teatrı - 139

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün ölkəmizdə milli teatr günü qeyd olunur. Şanlı tarixə malik milli teatrımızın əvvəlki şöhrətini qaytarmaq üçün bu gün kifayət qədər işlər görülür. Teatr sənətimizin tarixi 1873-cü ildə Mirzə Fətəli Axundovun Bakıda səhnələşdirilmiş «Hacı Qara» və «Lənkəran xanının vəziri» komediyalarından başlayır. Hər iki əsər görkəmli maarifçi Həsən Bəy Zərdabinin rəhbərliyi ilə Bakı Realnı Məktəbində tamaşaya qoyulub. 1873 cü il, martın 10-da Azərbaycanda baş verən sözün əsl mənasında teatr inqilabı bütün şərqin mədəniyyətində yeni bir səhifə açdı. Həvəskar gənclərin ifasında «Nəciblər klubu»-nda tamaşaya qoyulan dram əsərləri Azərbaycan teatr sənətinin inkişafına təkan verdi. Bu, həm də Akademik Mili Dram Teatrının bünövrəsinin qoyulmasından xəbər verirdi. Əvəllər müxtəlif truppalar şəklində «Nicat» «Şəfa» «Mədəni maarif» cəmiyyətləri nəzdindəki teatr dəstələrində tamaşalar göstərən sənət məbədgahı, 1919-cu ildən bu günədək dövlət teatrı statusu ilə fəaliyyət göstərir. 1989-cu ildən bu sənət ocağının səhnəsində rol alan, əməkdar artist Sabir Məmmədov deyir ki, Azərbaycan aktyorlarının milli teatr gününü qürurla qeyd etməyə tam haqqı var. Bu gün ölkəmizdə mədəniyyətin inkişafına göstərilən dövlət qayğısından teatrlara da pay düşür. Ümumiyyətlə isə teatrların əvvəlki nüfuzunu qaytarmaq üçün kifayət qədər işlər görülür. Yeni yaradılan mədəniyyət ocaqları, gəncləşən truppalar buna bariz nümunədir. Prezident İlham Əliyevin «Teatr sənətinin inkişaf etdirilməsi» haqqında imzaladığı sərəncam, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» dövlət proqramının təsdiq edilməsi isə ölkə teatrlarının tərəqqisində müstəsna rol oynayır.

13:00 / 10.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 38
Bu gün: 22789
Bu ay: 128061
Ümumi: 14262422
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın