/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Azərbaycan əhalisinin genetik məlumatlarından ibarət baza yaradılır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan əhalisinin genetik məlumatlarından ibarət baza yaradılır. Bu barədə «Lider» televiziyasına ekskuliziv olaraq Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyindən məlumat veriblər. Bu sahə respublikamızda kifayət qədər inkişaf etsə də, mütəxəssislərimiz daha yüksək peşəkarlıq qazanmaq üçün fəaliyyət göstərirlər. Hətta Azərbaycanın təcrübəsindən yararlanmaq istəyən ölkələr də var. Bir sözlə qarşıdakı reportajda DNT analizləri və Azərbaycanda bununla bağlı mövcud ikanlardan bəhs olunur. DNT analizi insanın genetikasından tutmuş, keçirə yaxud da gələcək nəslə ötürə biləcəyi irsi xəstəliklərin dəqiq öyrənilməsini təmin edir. Bu analiz insan biologiyası ilə bağlı bütün həqiqətləri müəyyənləşdirir. Ölkəmizdə də dnt analizlərini gerçəkləşdirmək üçün lazımi imkanlar var. Proses iki istiqamətdə həyata keçirilir - DNT analizlərinin klinik sahəsi xəstəliklərlə bağlı dəqiq informasiya əldə etməyə yönəlibsə, məhkəmə ekspertiza səhsi insan genetikasını öyrənməyə kömək edir.
Azərbaycanda DNT analizlərinin məhkəmə ekspertiya sahəsi üzrə tədqiqatlar bu lobarotoriyada həyata keçirilir. Deməli, burada fövqaladə hadisələr zamanı həlak olmuş və kimliyi məlum olmayan şəxslərin identifikasiyası, eləcə də atalıq, analıq və qohumluq əlaqələrinin təyini müəyyən edilir.
Ölkəmizdə əvvəllər belə analizlər yalnız məhkəmə qərarı ilə həyata keçirilirdisə, indi bu istiqamətdə də yeniliklər tətbiq edilir. Qohumluq əlaqələrinin müəyyənləşməsi onun sosial həyatına təsir göstərən faktor olduğu üçün böyük əhəmiyyətə malikdir. Məhkəmə tibbi biologiya şöbəsinin rəisi Elşən Məmmədov deyir ki, dnt ekspertizası insanın hətta əsrlər öncəki əcdadını belə müəyyən etməyə imkan verir.
Son vaxtlar öz genefondunu öyrənmək istəyənlərin sayı artıb. Hətta xaricdə yaşayan bəzi həmyerlilərimiz seyid nəslindən olub-olmadıqlarını müəyyənləşdirmək üçün dnt ekspertizasına müraciət edirlər və onlardan birinin cavabı müsbət olub. Yeri gəlmişkən, iordaniya kralı 2-ci abdulla da seyid nəsilindən olduğunu DNT ekspertizası vasitəsilə sonradan öyrənib. Bəs görəsən paytaxt sakinləri dnt analizlərini öyrənməkdə nə qədər maraqlıdır? Hazırda məhkəmə ekspertiza sahəsi Azərbaycan əhalisinin genetik profilini öyrənməyə çalışır. Bununla da Azərbaycan xalqının genetik məlumatlarından ibarət baza yaradılıcaq.
Təranə Ziyadzadə

13:00 / 27.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 13
Bu gün: 10062
Bu ay: 227436
Ümumi: 6184827
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın