/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Ruslar daha bir hərbi hissəni ələ keçiriblər

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ-ın raket esminesi, ən iri hərbi gəmilərindən biri olan Trakston, gecə saatlarında Yunanıstan sahillərdən aralanaraq Qara dənizə daxil olub. Qeyri rəsmi məlumatlara görə, ABŞ gəmiləri Krıma istiqamət götürüb və bu yolla Vaşinqton Ukraynanın yeni hökumətinə dəstək olduğunu nümayiş etdirib. Digər məlumatlara görə isə, ABŞ gəmiləri Rumıniya və Bolqarıstanla birgə təlimlərdə iştirak etmək üçün Qara dənizdədir. Xatırladaq ki, Montrö konvensiyasına görə, gəmilər Qara dənizi 21 gün ərzində tərk etməlidilər. Yeri gəlmişkən, Birləşmiş Ştatların «Corc Buş» təyyarədaşıyan gəmisi də artıq Qara dənizdədir. ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkel Ukrayna - Rusiya dialoqunu təşkil etmək üçüq əlaqə qrupunun yaradılmasını təklif ediblər. Bu arada Polşanın baş naziri Donald Tusk bu günlərdə Ukraynaya səfər edə bilər. Donald Tusk Krımda keçiriləcək referendumun qanuna ziddi olduğunu önə çəkərək, bu qərarın Ukraynanın suverenliyini pozduğunu bildirib. Eks baş nazir Yulya Timaşenko Almaniya kansleri Angela Merkellə görüşdən sonra bu müraciətlə çıxış edib. Qeyd edək ki, Timaşenko Berlinə müalicə almağa gedib. Sevastopolda isə gecə saatlarında naməlum silahlı dəstə daha bir hərbi hissəni ələ keçiriblər. Hərbi hissə növbətçisinin sözlərinə görə hücum edənlər rus hərbiçiləri olublar. Həmin ərazidə çəkiliş aparmaq istəyən jurnalistlər isə döyülüb. Krımın baş naziri Sergey Aksyonov hadisədən xəbərsiz olduğunu bildirib.

13:00 / 08.03.2014
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 8
Bu gün: 7432
Bu ay: 309867
Ümumi: 7088993
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın