/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

«Mübariz» snayper tüfəngi bu il silahlanmaya qəbul olunacaq

Şriftin ölçüsü:  11px13px15px17px

«Mübariz» snayper tüfənginin tezliklə seriyalı istehsalına başlanılacaq. Milli qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan milli silahımız, hazırda öz sinfində ən yaxşı silahlardan sayılır. Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi 12.7 mm çaplı «Mübariz» silahı da «İstiqlal» kimi antimaterieal snayper tüfəngi ailəsinə aiddir. Silah bütün potensialı ilə uzaq məsafədən düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün hazırlanıb.
Snayper tüfəngi yerli istehsal olan optik nişangahla komplektləşdirilib ki, bu da 2 min metr məsafədə yerləşən hədəfi dəqiq vurmaq imkanı verir. Qeyd olunan keyfiyyətinə görə isə, silah əcnəbi analoqlarını üstələyir. Yaxın gələcəkdə «Mübariz» snayperi döyüş sınaqlarını başa vurub, orduya təhvil veriləcək. Mükəmməl döyüş silahımız xüsusi təyinatlı dəstələrin sərəncamında olacaq. Məlumat üçün deyək ki, sonuncu dəfə İstanbulda keçirilən beynəlxalq silah sərgisində nümayiş olunan milli snayper tüfəngimizin Türkiyədə istehsalı da planlaşdırılır.
Adil Rasimoğlu

13:00 / 27.11.2013
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 30
Bu gün: 12972
Bu ay: 210183
Ümumi: 17924354
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın