/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Məişət zorakılığından qorunmağın yoları axtarılır

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan hökuməti «Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası»-nı təsdiq edib. Sənəddə qeyd olunur ki, məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxs cinayət və inzibəti məsuliyyət cəlb edilə, eləcə də, valideynlik hüququndan məhrum edilə bilər. Lalə Hüseynovanın 31 yaşı var. 1-ci dəfə 17 yaşında ailə qurub. Lakin cəmi 6 ay evli olub. 2-ci ailəsini isə 12 il sonra, vətəndaş nigahı ilə qurub. Həyat yoldaşı Eldəniz Hüseynov evlənməmişdən qabaq Lalə ilə yola getsə də, evlilikdən sonra anlaşa bilməyiblər. 2 il yarımlıq evliliyin hər günü ailədə dava dalaş olub. Statistik məlumatlara görə, 2012-ci ilin ilk 6 ayı ərzində məişət zəminində qadınlara qarşı 820 cinayət faktı qeydə alınıb. Ailə münaqişələri və digər sosial məişət zəminində yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlərin sayı 17, özünü öldürmə həddinə çatdırmaların sayı isə 12 olub. Məişət zorakılığı deyəndə təkcə qadınlara qarşı olan zorakılıq nəzərdə tutulmamalıdır, bu həm də ailədki uşaqlara, valideynlərə qarşı ola bilər. Dünya üzrə rəqəmlərə nəzər salsaq görərik ki, məişət zorakılığının 60 faizi qadınlara tədbiq olunur. Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizovanın sözlərinə görə, mərkəzə gün ərzində məişət zorakılığına məruz qalan 3-4 qadın müraciət edir. Qadınlara qarşı fiziki zorakılıq yəni, döyülmə, işgəncə faktları çox olsa da, psixoloji zorakılıq da, ailələrin dağılmasına səbəb olur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Süleymanova deyir ki, məişət zorakılığı təkcə intihar halları ilə nəticələnmir. Eyni zamanda ağır cinayətlərə səbəb olur. Bəs məişət zorakılığından necə müdafiə olunmaq olar? Cəmiyyətdə buna münasibət fərqlidir. Nazirlər Kabineti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi qanun layihəsini artıq təsdiqləyib. Komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyir ki, məişət zorakılığı ilə bağlı şikayətə 5 gün müddətində baxılır və müvafiq qərarlar verilir. Müqaviləyə əməl etməyib qanunu pozan şəxsə qarşı cinayət işi açılacaq.

13:00 / 14.08.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 25
Bu gün: 15782
Bu ay: 95130
Ümumi: 17315583
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın