/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Fundamental elmlərə maraq artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Fundamental elmlərin çoxluq təşkil etdiyi ixtisaslara sənəd verən abituriyentlər ildən ilə çoxalır. Bu, doğrudan da həmin elmlərə marağın artması ilə bağlıdır? Son illər fundamental elmlərin üstünlük təşkil etdiyi ixtisas qruplarına sənəd verən abituriyentlərin sayı artıb. Fundamental ixtisaslara yiyələnmək istəyənlərin sayının artması müsbət hal kimi qiymətləndirilir. Amma onların arasında valideynlərinin təsiri ilə və ya daha az bal toplayaraq tələbə adını qazanmaq arzusunda olanlar da var. Qəhrəmanımız Günay Bayramova kimi. Bu il 4-cü ixtisas qrupu üzrə imtahan verməyə hazırlaşır. Deyir, bu, valideynlərinin arzusudur. Abituriyentlər arasında apardığımız sorğudan da məlum oldu ki, gənclərin ixtisas seçiminə müxtəlif amillər təsir göstərir. Bəzi tədqiqatlara görə, texniki fənnlərə maraq genetikdir. Amma uşaqda bu elmlərə marağın oyanmasında böyüdüyü mühit, aldığı tərbiyə və digər amillər də böyük rol oynayır. Psixoloqlar ixtisas seçimində valideynlərin övladlarına təzyiq etməsinin əleyhinədirlər. Elə bu səbəblərdən də bu gün texniki sahədə mütəxəssis çatışmır. Texniki sahədə mütəxəssis çatışmazlığını aradan qaldırmaq üçün dövlət bir sıra addımlar atır. Xaricdə təhsil üzrə dövlət proqramında da daha çox texniki ixtisaslar prioritet qəbul edilib. Bu problemlə dünyanın bir çox ölkələri üzləşib. Çıxış yolu kimi xaricdən mütəxəssis dəvət edilməsinə üstünlük verilib. Buna görə də xaricdə təhsil alan tələbələr geri qayıtsalar mütəxəssis çatışmazlığı qismən aradan qalxar. Beləliklə, abituriyentlər ixtisas seçimində diqqətli olsalar və öz qabiliyyətlərinə uyğun seçim etsələr gələcəkdə də işsizlik problemi ilə də üzləşməzlər.
Xülya Sabirli

13:00 / 04.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 11333
Bu ay: 208544
Ümumi: 17922715
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın