/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

«Qəhrəman ana» statusu bərpa olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda çoxuşaqlı analara yenidən «Qəhrəman ana» statusu verilə bilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sovet dönəmində mövcud olmuş bu statusun bərpası ilə bağlı qanun layihəsi hazırlayır. Sənəd belə analar dövlət qayğısının artırılmasını nəzərdə tutur. 68 yaşlı Tamella Əzizova qəhrəman anadır. Hələ Sovet dönəmində 15 uşaq dünyaya gətirdiyinə görə, bu statusa layiq görülüb. Deyir, bu status çərçivəsində verilən vəsait uşaqları böyütməkdə ona çox kömək edib. Qəhrəman ana vəsiqəsi onu hamıdan fərqləndirib. Statistik məlumatlara görə, Azərbaycanda Tamella Əzizova kimi 10 və daha artıq uşaq dünyaya gətirənlərin sayı 17 min 640 nəfərdir. Onların 1799-u «Qəhrəman ana», 708-i isə bu medalla yanaşı, «Şöhrət» və «Analıq şöhrəti» ordenləri ilə də təltif edilib. Müasir dövrdə isə, nəinki çox uşaqlı, hətta 3-4 uşağı olan anaların sayı belə azalmağa doğru gedir. Ümumilikdə, ölkədə əhalinin artım tempi aşağı olmasa da, analara qayğı və stimullaşdırmanı ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi vacib hesab edir. Aygün Əhmədovanın 30 yaşı var. 2 övladı olan Aygün növbəti dəfə ana olmağı arzulasa da, sosial qayğılar və uşaqları necə böyütmək düşüncələri buna imkan vermir. Bu il ölkə əhalisinin sayı ilin əvvəlindən 29 100 nəfər artaraq, 9 milyon 264 min 200-ə çatıb. Sosioloqlar bu artım tempinin davam etməsi üçün ailələrin stimulllaşdırılmasını, qəhrəman ana statusunun bərpasını zəruri hesab edirlər. Analar da statusun bərpa olunmasının tərəfdarıdılar. Millət vəkili Musa Quliyev isə çoxuşaqlı anaların xüsusi stimullaşdırılmasına ehtiyac duymur. Deyir, uşaqların sayından asılı olmayaraq, ehtiyacı olan ailələrə ünvanlılıq prinsipi ilə sosial yardım verilir. Görünən budur ki, «Qəhrəman ana» statusunun bərpa olunması ilə bağlı layihə gərgin müzakirələrə səbəb olacaq. Əsas mübahisə mövzularından biri bu statusun neçə uşağı olanlara verilməsidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilkin olaraq, bu rəqəmin 5 olmasını təklif edir. Səslənən təkliflər arasında 8 və 10 uşaq da var.
Aysel Fərziyeva

13:00 / 03.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 15037
Bu ay: 94385
Ümumi: 17314838
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın