/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Sel suları yenidən fəsadlar yaradıb

Şriftin ölçüsü:  11px13px15px17px

İyunun 28-də yağan leysan yağışların törətdiyi fəsadlar aradan qaldırılmamış Goranboy daha bir sel təhlükəsi ilə qarşılaşıb. Güclü yağışlar nəticəsində bu dəfə rayonun Goran qəsəbəsindəki fərdi evlərin bir qismi sel sularının altında qalıb. ecə boyu yağan güclü yağış 87 təsərüfatdan ibarət Goran qəsəbəsində həyatı iflic edib. 20-dən artıq fərdi evin içərisi və həyətyanı sahələr sel suları ilə dolub. Gecə saatlarında baş verən təbii fəlakət insanları evlərini tərk etməyə məcbur edib. Sözügedən evlərin bəzisi qəzalı vəziyyətə düşüb. Sakinlərə məxsus ev quşları arasında tələfat var. Qeyd edək ki, bu dəfə sel ərazidəki Goran çayının daşması nəticəsində baş verib. Hazırda su ilə dolan ev və məhllələr nasoslar vastəsi ilə təmizlənir. Goran qəsəbəsi ilə yanaşı, 3 gün öncə rayonun digər 15 yaşayış məntəqəsində baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması yönümündə işlər aparılır. Qeyd edək ki, 3 gün əvvəl yağan leysan nəticəsində Qaraçayın daşması rayonun 15 kəndində fəsadlar törətmişdi. Bu seldən 50 fərdi ev, 10 sahibkarlıq subyekti, 7 körpü, yol, rabitə, elektrik və qaz təsərrüfatları ciddi zərər görmüşdü. Hazırda fəsadların aradan qaldırılması ilə yanaşı, əhaliyə dəyən ziyanın miqdarı da araşdırılır.
Elnur Tofiq

13:00 / 02.07.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 16449
Bu ay: 95797
Ümumi: 17316250
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın