/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Toy və yas məclislərində israfçılığa yol verilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün insanları narahat edən toy və yas adətlərindən nələri qoruyub saxladığımız və yaxud itirdiyimizə aydınlıq gətirməkdir. Toy mərasimlərində milli adət-ənənələrin getdikcə unudulması Asif Baramovu da bir ziyalı kimi narahat edir. Dəfələrlə toylarda mikrafonu götürüb əcnəbi rəqslərə, musiqilərə qarşı çıxan Asif Bayramov onu çox az adamın anladığını deyir. Mərasim keçirmək üçün xalqımızın milli adət-ənənləri var. Ancaq dövr keçdikcə bu adətlər deformasiyalara uğrayıb və uğramaqda da davam edir. Şər deməsən xeyir gəlməz deyiblər. Gəlin, əvvəlcə yas mərasimlərindəki vəziyyəti öyrənək. İsrafçılıq toyla yanaşı yasda da özünü göstərir. Ölü qalır bir tərəfdə, ev sahibi süfrə açmaq haqqında fikirləşir. Süfrəyə ləvəngidən tutmuş, cürbəgür meyvələrə, şirniyyatalar qədər düzülür. Video kamera da öz yerində… Toydan yeganə fərqi isə musiqi və spirtli içkinin olmamasıdır. Dəmdəsgahlı dəfn mərasimi başa çatır. Nəticədə ölü sahibi borc, verilən ehsanın qəbul olunub-olunmaması sual altında qalır. Növbəti israfçılıqa isə dəfndən sonra, möhtəşəm bir başdaşının sifarişi zamanı yol verilir. Kənardan isə bu 2 anlama gəlir – ya ölü sahibi ölənin sağlığında ona o qədər də önəm vermədiyi üçün günahlarının bağışlatmaq istəyir, ya da imkanlarını nümayiş etdirib onu tanıyanların gündəmində qalmaq… Ağaverdi Xəlil deyir ki, əvvələr yas mərasimlərində məclis əhlinə yalnız halva, çay və qənd verilərdi. Sovetlər dövründə ateist fikirlərin insanlar arasında güclü təbliği bu adət-ənənlərində unudulmasına səbəb olub. Ancaq sevindirci məqamlar da var. Bu gün yeganə bölgədir ki, Naxçıvanda yasdakı ənənələrin qorunmasına ciddi nəzarət var. Toy mərasimlərinə gəlincə… Bura toplaşanların məqsədi iki gəncə xeyir-dua verib, onlara maddi və mənəvi dəstək olmaqdır. Süfrəsində qalan çeşid-çeşid yeməklərsə ən yaxşı halda zooparkdakı heyvanların qabağına, ən pis halda zibilxanalara atılır. Gərək gənclər özləri toyların bəzədilməsindən tutmuş oynadıqları rəqslərdək millili dəyərlərin qorunmasında maraqlı olsunlar. Mütəxəssislr bu fikirdədir. Əks halda bu haqda danışımağa doğurdan da dəyməz. Ancaq nə yaxşı ki, indiki zamanda milli dəyərlərə ciddi önəm verən Samir və Aygün kimi gənclərimiz də var. Çox deyil. Amma var. 6 aydı ailə quran gənclər milli adət-ənənə ilə toy etməyi çoxdan arzulayıblar. Bununçün ciddi araşdırma aparıblar. Toy və yas mərasimlərində 40-45 adda təam sifariş verib və elə verildiyi kimi də süfrədə qalmaqdansa çəkilən xərcələrə hansısa ailənin qarnını doyurub onları sevindirmək olmazmı? Elə qəhrəmanımz Asif Bayramovla yanaşı digərlərinin də istəyi bu deyilmi? Bəlkə də yalnız bu halda həm yası keçirilən ölünün ruhu şad, toy səbəbkarlarının atdığı bu addım isə evlənmək istəyənlər üçün bir örnək olardı.

19:00 / 27.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 23
Bu gün: 12554
Bu ay: 209765
Ümumi: 17923936
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın