/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Yay mövsümündə ölkəmizə gələcək turistlərin sayı 10 faiz artacaq

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizə maraq göstərən turistlərin sayı artıb. Qarşıdakı yay turizim mövsümündə ölkəmizə gələn əcnəbilərin sayı daha 10 faiz artacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev «Lider» televiziyasına açıqlamasında bildirib ki, ölkəmizin Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi etməsi turizim sektorunda canlanmaya səbəb olub. Növbəti 5 il ərzində isə ölkəmizə gələn turistlərin sayının 4 milyona çatacağı proqnozlaşdırılır. Minaxanım Hüseynova 10 ildir ki, tikmə, xalçaçılıq, şüşə üzərində oyma və keramika sənəti ilə məşğuldur. Daha çox milli və tarixi onametləri əsərlərində əks etdirən həmsöhbətimiz deyir ki, ölkədə bu işlərə maraq göstərənlər o qədər də çox deyil. Minaxanım bu işlə həm maddi qazanc əldə edir həm sənəti yaşadır, həm də ölkəmizi dünyaya tanıdırmağı qarşısına məqsəd qoyub. O, yay turizm mövsümünün yaxınlaşmasını səbirsizliklə gözləyənlərdəndi. 2011-ci ildə ölkəyə ilk dəfə olaraq iki milyon 134 min turist gəlib. Azərbaycana turistlər əsasən MBD, Türkiyə, İran və Avropa ölkələrindən gəlir. Son vaxtlar isə Asiya ölkələrindən də ölkəmizə gələnlər çoxalıb. Quba, Qusar, Qəbələ, İsmayıllı, Masallı, Gədəbəy rayonlarının həm təbiəti, həm də burda yaradılan şərait dincəlmək üçün gələnlərin ürəyinjədir. Ancaq burda mövcud olan qiymətlərlər haqqında bunu demək mümkün deyil. Adıçəkilən rayonlarda bir nəfərin gündəlik istirahət xərcləri isə bunlardır. Qəbələdə 45-120, Şəkidə 30-80, Lənkəranda 31-104, Quba 50-120 manat arasında dəyişir. Bu qiymətlərə bir gün oteldə qalmaq və səhər yeməyi daxildir. Yeri gəlmişkən, bütün xidmətlər daxil olmaqla İspaniyada bir günlük istirahətin qiyməti 110, Yunanıstanda 92, Türkiyədə 148, İtaliyada 171, Fransada isə 194 avrodur. Bu isə ölkəmizlə müqayisədə bir qədər ucuzdur. Nazir Əbülfəs Qarayev isə deyir ki, qiymətləri dövlət yox, sahibkarlar müəyyənləşdirir. Azərbaycanın turizm mərkəzlərində istirahət etmək istəyən turistlərin online sifariş vermək imkanı da yaradılıb. Ölkəyə turistləri cəlb etmək üçün xüsusi layihələr həyata keçirilir. Nazir Əbülfəç Qarayev deyir ki, Rusiya, Türkiyə, Ərəb , eləcədə Avropanın bir sıra ölkələrinin televiziya kanallarında Azərbaycanı təbliğ edən video çaxlar yayımlanır. Beynəlxalq standartlara cavab verən kadrların hazırlanması, xidmətlərin çeşidinin artırılması, nəqliyat infrastuktururun inkişay etdirilməsi, marketinqin düzgün aparılması qarşıda duran əsas məqsədlərdəndir. Məlumdur ki, turizmin inkişafı ölkə iqtisadiyyatının güclənməsi baxımından əhəmiyyətlidir. Amma unutmaq lazım deyil ki, bu ümumi ifadə altında konkret insanların güzəranından söhbət gedir. Hansısa turistin burda xərclədiyi hər bir manat Azərbaycan vətəndaşının gəliri deməkdir. Sədaqət Süleymanova

10:00 / 25.06.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 45
Bu gün: 16520
Bu ay: 95868
Ümumi: 17316321
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın