/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Eksklüziv

Rusiya həmsədr kimi fəallığını artıracaq

Şriftin ölçüsü:  11px13px15px17px

Rusiyada hakimiyyət dəyişikliyi rəsmi Bakı ilə Moskva arasındakı əlaqələrə yalnız müsbət təsir göstərəcək. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin «Lider» televiziyasına müsahibəsində belə deyib. Bildirib ki, Kreml Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində fəallığını bundan sonra da davam etdirmək niyyətindədir. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkəsində keçirilən prezident seçkilərinin nəticələrini yüksək qiymətləndirir. Hesab edir ki, ölkəsi yeni pozitiv və sabit mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, «Yeni köhnə prezident» Vladimir Putinin qələbə qazanmasında Rusiyadakı azərbaycanlıların da səsinin böyük rolu olub. «Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır. Siyasi və iqtisadi əlaqələrdə yalnız dinamika müşahidə edilir. İki ölkə arasında bir-birinə qarşı hörmət, etimad var. Münasibətlər formal xarakter daşımır. İmzalanan sənədlər kağız üzərində qalmır və səfərlər səfər xətrinə edilmir». Vldamir Doroxinin fikrincə, ölkələrimiz arasında əlaqələrin əsas özəllliyi budur. Rusiyalı diplomat hesab edir ki, Vladimir Putinin yenidən prezident seçilməsi Rusiyanın xarici siyasətinə ciddi təsir etməyəcək. Rusiya artıq beynəlxalq siyasətdə öz yerini tapıb və Kremlin yürütdüyü xarici siyasi kurs beynəlxalq standartlara tam uyğundur. Ədalətlilik, insanların hüquq və azadlıqlarının qorunması – Kremlin xarici siyasi kursu bu prinsiplərdən ibarətdir. Rəsmi Moskva ATƏT-in Misnk qrupunun həmsədri səlahiyyətlərinin icrasında da bu prinsipləri gözləməyə çalışır. Diplomat hazırda Rusiya ilə Azərbaycan arasında mübahisəli məsələlərdən biri – Qəbələ Radiolokasiya Stansiyasının icarə müddəti və qiyməti ilə bağlı aparılan danışıqlara da aydınlıq gətirdi. Bildirdi ki, bu vaxta qədər tərəflər arasında danışıqlar 4 mərhələdə aparılıb və nəticə barədə danışmaq hələ tezdir. Bunu yalnız zaman göstərə bilər.

16:00 / 07.03.2012
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 1149
Bu ay: 307827
Ümumi: 13797443
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın