/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Maraqlı

88 və 89 yaşlı çütlük 74 il sonra evləndi

Şriftin ölçüsü:  11px13px15px17px

ABŞ-ın Şimali Karolina ştatında yaşayan 88 yaşlı Ed Sellers və 89 yaşlı Keti Smit ilk tanışlıqlarından 74 il sonra, nəhayət ki, evləniblər. Gənclər 14-15 yaşlarında ikən tanış olublar. Lakin valideynləri çox ciddi dini baxışlara malik olduğundan, onlar qovuşa bilməyiblər. Qadının nəvəsi Stefani Helsel jurnalistlərə deyib ki, onlara yalnız üçüncü şəxsin iştirakı ilə divanda oturaraq söhbət etməyə icazə verilirdi. Bir müddət sonra cütlük ayrılır - Ed evlənir, Keti ərə gedir. Lakin 17 il əvvəl Keti Smitin həyat yoldaşı xərçəngdən dünyasını dəyişir, Ed Sellersin arvadı isə 4 il bundan əvvəl altsheymer xəstəliyindən ölür. 2016-cı ilin əvvəllərində Ed keçmiş sevgilisinin telefon nömrəsini tapıb və ona zəng edib. Uzun sürən söhbət zamanı məlum olub ki, indiyə kimi onlar bir-birindən cəmi 45 dəqiqəlik məsafədə yaşayırmışlar. Bundan sonra kişi həftədə iki dəfə Ketini görməyə başlayıb və bu günlərdə onlar, nəhayət ki, evləniblər.

19:00 / 20.07.2017
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 5
Bu gün: 7335
Bu ay: 135039
Ümumi: 8106157
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın